Məhkəmə qərarları › İş №3(038)-423/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-423/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-423/2025 22.09.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Yardımlı rayonu, Vərgədüz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, NUR Collection MMC-də bədii tikmə ustası vəzifəsində işləyən, əlilliyi olmayan, Yardımlı rayonu, Vərgədüz kəndində qeydiyyatda həmin kənddə yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(038)-230/2025 saylı icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxsın barəsində İXM-nin 528.1-ci maddəsi ilə 22 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(038)-230/2025 saylı icra sənədini icra etmədiyinə görə borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hazırda Şəxs aliment burcu ümumilikdə 1722 manat təşkil edir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, uşaqlar onundur və aliment borcunu ödəməlidir. Lakin işləmədiyindən aliment borcunu ödəyə bilməmişdir. 10 gün olar ki, işə düzəlmişdir, noyabr ayının axırına kimi aliment borcunu tam ödəyəcəyinə söz verir. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, borclu Şəxs yalan danışır və aliment borcunu ödməkdən yayınır. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(038)-230/2025 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay (sonrakı artımlar nəzərə alınmaqla) ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,615 misli miqdarında aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton Məhkəmə Portalından Çıxarışdan görünür ki, Şəxs NUR Collection MMC-də bədii tikmə ustası vəzifəsində işləməklə 400 manat əmək haqqı alır. Elekton Məhkəmə Portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini və icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 22 sentyabr 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar