Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-43/2024 22.02.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X10 X sədrliyi , K1 katibliyi, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə, xx xxxxxxx 1966-cı ildə Yardımlı rayonu Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Şıxlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yardımlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə müəyyən etdi: Yardımlı rayon İcra və Probasiya Şöbəsinin tərtib etdiyi 22 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2(038)-37/2021 nömrəli icra sənədi üzrə borclu Şəxs məhkəmə qətnaməsini üzürlü səbəb olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Yardımlı Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2(038)-37/2021 nömrəli qərarı ilə ondan iki uşağa görə hər ay cəmi 200 manat aliment alınaraq X4 verilməsi barədə qərar qəbul edilmişdir. Sonra həmin məhkəmənin 06 iyul 2023-cü il tarixli 2(038)-107/2023 saylı qətnaməsinə əsasən uşağın biri onun, digəri tələbkarın himayəsində saxlanılmış və həmin tarixdən hər ay 100 manat aliment alınaraq X2na verilməsi qət edilmişdir. İşləmir və maddi imkanı yoxdur, himayəsində xəstə uşağı vardır. Tələbkarla razılığa gəlmişdir ki, hissə-hissə aliment borcunu ödəyəcəkdir. Odur ki, onun barəsində olan inzibati icraata xitam verilməsini xahiş etdi. X2 məhkəmə iclasında ərizə təqdim edərək izahatında göstərdi ki, Yardımlı Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2(038)-37/2021 nömrəli qərarı üzrə Şəxs ilə aliment barədə razılığa gəlmişik, ondan hər hansı şikayəti və tələbi yoxdur. Odur ki, Şəxs barəsində olan inzibati icraata xitam verilməsini xahiş etdi. Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, borclu Şəxs Yardımlı Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2(038)-37/2021 nömrəli icra sənədləri üzrə hər ay 200 manat aliment alınaraq X3 xeyrinə verilməsi barədə şöbənin icraatına icra sənədi daxil olmuş və icra sənədinin icrası üçün qanuni tədbirlər görülmüşdür. Lakin borclu Şəxs iş yeri və maddi imkanı olmadığını bəhanə gətirərək icra sənədinin icrasını bu günədək tam təmin etməmiş və 3592 manat aliment borcu yaranmışdır. Bu səbəbdən Şəxs barəsində protokol tərtib edilmiş və Yardımlı rayon Məhkəməsinə təqdim edilmişdir. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2(038)-37/2021 nömrəli icra sənədi üzrə borclu Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. Protokol tətib olunan zaman Şəxs aliment borcu 3592 manat təşkil etmişdir. İş materiallarında olan X7 Səxavət ərizəsindən görünür ki, o, Şəxs ilə aliment barədə razılığa gəlmişdir, ondan heç bir tələbi yoxdur, Şəxs barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, tərəflər aliment barədə razılığa gəlmişlər və tələbrakın heç bir şikayəti və tələbi yoxdur. Bütün qeyd edilənlərə əsasən borclu Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Həmin Məcəllənini 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənini 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayion məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X1
Məhkəmə qərarları › İş №3(038)-43/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-43/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver