Məhkəmə qərarları › İş №3(038)-433/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-433/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-433/2025 08.10.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs - Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3 iştirakı ilə, xx xxxx 1987-ci ildə Sumqayıt şəhində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və Yardımlı rayonu, Köryədi kəndində yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 oktyabr 2025-ci il tarixdə, saat 15:14-də Yardımlı rayon Sırıq kəndini ərazisində yerləşən kafenin qarşısında ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna və bunun dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 08 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 bildirmişdir ki, Sumqayıt şəhər sakini Şəxs 07 oktyabr 2025ci il tarixdə, saat 15:14-də Yardımlı rayon Sırıq kəndini ərazisində yerləşən kafenin qarşısında ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna və bunun dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə Şəxs barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təsirli bilərək bildirmişdir ki, 07 oktyabr 2025-ci il tarixdə, saat 15:14-də Yardımlı rayon Sırıq kəndini ərazisində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra kafedə əyləşənlərə atmacalar atdığına və uca səsələ danışdığına görə polis əməkdaşları ilə aralarında münahisə yaranmışdır. Sonra onu Yardımlı rayon polis şöbəsinə gətirərək barəsində protokol tərtib edilmişdir. Hərəkətlərindən peşmandır və bir daha belə hərəkətlər etməyəcəyinə söz verir. Əlilliyi yoxdur, Dediklərini nəzərə alaraq barəsində yüngül tənbeh tədbiri tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında Şahid4 bidirmişdir ki, Yardımlı rayon Sırıq kəndinində yaşayır və Yardımlı rayon Sırıq kəndini ərazisində kafe işlədir. Şəxs 07 oktyabr 2025-ci il tarixdə, saat 15:14-də içkili qaydada kafeyə gəlmiş səs küy salaraq onunla və müştərilərlə mübahisə etməyə başlamışdır. Sonra polis əməkdaşları şəlib onu sakitləşdirməyə çalışmışlar. Anar qərəzli şəkildə öz hərəkətlərini davam etdirmişdir. X8 rayon polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X4 bildirmişdir ki, PPXB-nin polis nəfəri polis nəfəri Şahid2 və Şahid3 Mirağa oğlu ilə 5 saylı postda xidmətdə olarkən 07 oktyabr 2025-ci il tarixdə, saat 16 radələrində bir nəfər şəxsin Yardımlı rayon Sırıq kəndini ərazisində yerləşən kafenin qarşısında ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam intizama dəvət etsələr də həmin şəxs qərəzli şəkildə öz hərəkətlərini davam etdirmişdir. Sonda həmin şəxsi Yardımlı rayon polis şöbəsinə gətirərək barəsində protokol tərtib etmişlər. İş materiallarına əlavə olunmuş: X1 Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» barədə “Yardımlı rayon Mıərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 08 oktyabr 2025-ci il tarixli 398/2025 saylı məktubdan görünür ki, müayinə zamanı Şəxs 0.695 promil alkoqol sərxoşluğu aşkar edilmişdir. Tutma protokolundan görünür ki, Şəxs 07 oktyabr 2025-ci il tarixdə, saat 15:20-dən inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi özünün səmim etirafı,şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Yuxarıda qeyd olunana maddi hüquq normalarının məzmununu tədqiq edilmiş sübutlar qarşılıqlı şəkildə araşdırmaqla müəyyən edilmişdir ki, Şəxs 07 oktyabr 2025-ci il tarixdə, saat 15:14-də Yardımlı rayonu Sırıq kəndində, ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla bunun dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə müəyyən olunur ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tətbiq ediləcək inzibati tənbehlə bağlı aşağıdakıları qeyd edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur. İXM-nin 33.1.7-ci maddəsinə əsasən onun inzibati xətanın sərxoş halda olan törətməsi məsuliyətini ağırlaşdıran haldır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, məsuliyyətini yüngülləşdirən halların olmamasını, məsuliyyətini ağırlaşdıran halları nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 07 oktyabr 2025-ci il tarixdən saat 15:20-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar