Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-434/2025 13.10.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X12 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X8 və Zərərçəkmiş şəxs3 , həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X5 iştirakı ilə, xx.xx.1969-cı ildə Yardımlı rayonu Dağüzü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu Dağüzü kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayonu Avin kəndində yaşadığı ünvanda aralarında yaranmış narazılıq zamanı 21 avqust 2025-ci il tarixdə saaat 16 radələrində qonşuları Zərərçəkmiş şəxs1, X11 və Zərərçəkmiş şəxs3 Qələmhüseyin qızını söyməklə ictimai qaydanı pozduğuna görə Şəxs barəsində polis şöbəsinin sahə rəisi X6 tərəfindən İXM-nin 510-cu maddəsi ilə 13 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X6 bildirmişdir ki, Şəxs 21 avqust 2025-ci il tarixdə saaat 16 radələrində qonşuları Zərərçəkmiş şəxs1, X9 və Zərərçəkmiş şəxs3 Qələmhüseyin qızını söyüb təhqir etmiş, hadisə ictimai yerdə olmuş, məsələ ilə bağlı araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və Şəxs ictimai qaydanın pozmasına görə barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli biləməyək izahatında bildirmişdir ki, X1 ilə qonşuluqda yaşayırlar. 21 avqust 2025-ci il tarixdə saaat 16 radələrində məhkəmə qətnaməsi ilə əlaqədar Yardımlı rayonu İcra və probasiya şöbəsinin əməkdaşları onların yaşadığı həyətə gəlmişlər, qətnamənin icra edilməsi barədə akt tərtib olunmuş, arvadı X4 akta imza etsə də qonşusu evin qapısında sökülməsini tələb edərək akt imza etməkdən imtina etmişdir. Həmin vaxt o Dağüzü kəndində yas mərasimdən qayıtmış və qayıdanda arvadı X2 üzərinə yandırıcı maddə törərək özünü yandırdığını görmüşdür. Əsəbləşdiyindən bir anlıq özündə olmadan əlinə balta götürüb qonşusunun həyətinə gedərək onları söymüş, qonşuları Zərərçəkmiş şəxs1, X11 və Zərərçəkmiş şəxs3 Qələmhüseyin qızı evə girib qapını bağlamışlar, daha sonra o, arvadını götürüb xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Yardımlı rayonu Avun kəndində Şəxs ilə qonşuluqda yaşayırlar. 21 avqust 2025-ci il tarixdə saaat 16 radələrində məhkəmə qətnaməsi ilə əlaqədar Yardımlı rayonu İcra və probasiya şöbəsinin əməkdaşları onların yaşadığı həyətə gəlmişlər, qətnamənin icra edilməsi barədə akt tərtib olunmuş, lakin o, atasının evdə olmadığını və akta atasının imza etməsinin lazim olduğunu bildirərək akta imza etməkdən imtina edərək evə keçmişdir. Biraz sonra bayırda səs küy gəlmiş və Şəxs əlində balta ilə onların həyətinə gələrək onları söyüb təqhir etmişdir. Zərərçəkmiş şəxs3 Qələmhüseyin qızı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 21 avqust 2025-ci yas mərasimidə iştirak etmək üçün Bakı şəhərindən Yardımlı rayonu Avun kəndinə atasının evinə gəlmişdir. Həmin gün 16 radələrində məhkəmə qətnaməsi ilə əlaqədar Yardımlı rayonu İcra və probasiya şöbəsinin əməkdaşları atasının yaşadığı həyətə gəlmişlər, qətnamənin icra edilməsi barədə akt tərtib olunmuş, lakin atasının evdə olmadığını və akta atasının imza etməsinin lazim olduğunu bildirərək qardaşı Zaur akta imza etməyərək evə keçmişdir. Biraz sonra bayırda səs küy gəlmiş və Şəxs əlində balta ilə onların həyətinə gələrək onları söyüb təqhir etmişdir, həmin vaxt onun iki uşağını və qardaşının uşaqların evə salıb qapını bağlamışlar. Uşaqlar həyətdə olsaydı Səfail onlara xəsarət yetirə bilərdi. Ona görə də Şəxs şikayətçidir. Zərərçəkmiş şəxs X11 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 21 avqust 2025-ci yas mərasimidə iştirak etmək üçün Bakı şəhərindən Yardımlı rayonu Avun kəndinə qaynı Qələmhüseynin evinə gəlmişdir. Həmin gün 16 radələrində məhkəmə qətnaməsi ilə əlaqədar Yardımlı rayonu İcra və probasiya şöbəsinin əməkdaşları Qələmhüseynin həyətinə gəlmişlər, qətnamənin icra edilməsi barədə akt tərtib olunmuş, lakin bacısı oğlu Zaur akta imza etməyərək evə keçmişdir. Biraz sonra bayırda səs küy gəlmiş və Şəxs əlində balta ilə həyətinə gələrək onları söyüb təqhir etmişdir, həmin vaxt onlar uşaqların evə salıb qapını bağlamışlar Şəxs ilə quşuluqda yaşayırlar. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı RPŞ-nin TQ-nun təhqiqatçısı polis kapitanı X10 tərəfindən qəbul edilmiş 06 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 510-cü maddəsinin tərkibi olduğundan barəsndə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün İTB-nə göndərilmişdir. 13 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xətalar haqqında protokoldan görünür ki, vətəndaş Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında protokol tərtib edilərək Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 21 avqust 2025ci il tarixdə saaat 16 radələrində Yardımlı rayonu Avin kəndində qonşuları Zərərçəkmiş şəxs1, X11 və Zərərçəkmiş şəxs3 Qələmhüseyin qızını söyməklə ictimai qaydanı pozmuş, bununla da İXM-nin 510-cu maddəsi ilə nəzərəd tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində iş materialları, zərərçəkmiş şəxslərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs tətbiq ediləcək tənbehlə bağlı aşağıdakıları qeyd edir. İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 7(yeddi) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 13 oktyabr 2025-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X14
Məhkəmə qərarları › İş №3(038)-434/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-434/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver