Məhkəmə qərarları › İş №3(038)-47/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-47/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-47/2023 16.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 xanoğlan oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Quliyev Tahir Binyatəli oğlunun katibliyi ilə. xx xxxxx 1987-ci ildə Yardımlı rayonu Vərgədüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta, təhsilli, subay, işləməyən, Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olan və yaşayan Şəxs Çəngizxan oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Yardımlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 16 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Vərgədüz kənd sakini Şəxs Çəngizxan oğlu 14 mart 2023-cü il tarixdə saat 23 radələrində Yardımlı rayonu Vərgədüz kəndi ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və Yardımlı rayonu polis şöbəsinin əməkdaşı X1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Çəngizxan oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Çəngizxan oğlu məhkəmə iclasında özünü təqsirli bilib izahat verərək göstərdi ki, Yardımlı rayonu Vərgədüz kəndndə yaşayır. Türkiyədə baş vermi zəlzələdən bərk sarsıldığından 14 mart 2023-cü il tarixdə saat 23 radələrində spirtli içki qəbul etdikdən sonra ucadan danışdığından, polis əməkdaşı yaxınlaşaraq onu sakitləşdirməyə çalışmış, lakin sərxoş olduğundan özünü idarə edə bilməmiş və bu səbəbdən həmin şəxslə aralarında mübahisə yaranmışdır. Sonra onu Yardımlı rayon Polis şöbəsinə aparmışlar və onun barəsində protokol tərtib edilmişdir. Sərxoş olduğundan hərəkətlərini bilməmiş, törətdiyi əməldən səmimi peşimandır və söz verir ki, bir daha belə hərəkətlərə yol verməycəkdir. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Şəxs Çəngizxan oğlunun inzibati xəta törətməsi özünün məhkəmə iclasında verdiyi izahat , sahidlərin ifadəları və iş materialları ilə təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Yardımlı rayon Polis Şöbəsinin əməkdaşı rəis müavini X3 ifadə verərək göstərdi ki, xidməti işlə əlaqədar olaraq 14 mart 2023-cü il tarixdə saat 23 radələrində ünvan 1 ünvansız söyülşər söydüyünü və özünü qəribə apardığın görüb ona yaxınlaşmışdır. Həmin şəxsi sakitləşdirmək istə də, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır.Buna görə də polis əməkdaşlarının köməyi ilə həmin şəxsi polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxsin Şəxs Çəngizxan oğlu olması müəyyən olunmuş, barələrində protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. İş materiallarında olan 15 mart 2023-cü il tarixli MN 169875 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Vərgədüz kənd sakini Şəxs Çəngizxan oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Çəngizxan oğlunun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. İş materiallarında olan 14 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Yardımlı rayonu Vərgədüz kənd sakini Şəxs Çəngizxan oğlu 14 mart 2023-cü il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32.3-cü maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində göstərilir ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. X2 törətdiyi əməldən səmimi peşman olması onun əməlində məsuliyyəti yüngülləşdirən haldır. X2 inzibati xətanı sərxoş halda törədilməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, X2 şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 31.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Çəngizxan oğlu Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Çəngizxan oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə saxlanılma müddətinin əvvəli 14 mart 2023-cü ildən, saat 23:50-dən hesablansın. Qərarın icrası Yardımlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov Əsli ilə düzdür; Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar