Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-48/2023 16.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X8 Xanoğlan oğlunun sədrliyi , Quliyev Tahir Binyatali oğlunun katibliyi, Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, X1, İnzibatı xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1995-ci ildə Yardımlı rayonu Porsova kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Porsova kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Yardımlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon İcra və Probasiya Şöbəsinin 16 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(038)-95/2021 nömrəli icra sənədi üzrə borclu Şəxs məhkəmə qətnaməsini üzürlü səbəb olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, Yardımlı rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(038)-95/2021 nömrəli icra sənədinə əsasən ondan 544.24 manat alınaraq X3 xeyrinə verilməlidir. Daimi iş yeri və maddi imkanı olmadığından, himayəsində azyaşlı uşağı olduğundan borcunu ödəyə bilməmişdir. Hər ay 10 manat pul ödəyə bilər. Hazırda pulu ödəməyə imkanı yoxdur, imkanı olanda borcunu ödəyəcəkdir. Belə ki, X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Yardımlı rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(038)-95/2021 nömrəli icra sənədinə əsasən Şəxs 544.24 manat alınaraq ona verilməlidir. Məhkəmə qətnaməsi qəbul olunan vaxtdan iki ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh cəmi 49 manat pul ödəmişdir. Dəfələrlə Yardımlı rayon İcra və Probasiya şöbəsinə qərarın icrası ilə əlaqədar müraciətlər etsə də nəticəsi olmamış və borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, Yardımlı rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(038)- 95/2021 nömrəli icra sənədinə əsasən Şəxs 544.24 manat alınaraq X3 xeyrinə verilməsi barədə şöbənin icraatına icra sənədi daxil olmuş və icra sənədinin icrası üçün qanuni tədbirlər görülmüşdür. Lakin borclu Şəxs iş yeri və maddi imkanı olmadığını bəhanə gətirərək icra sənədinin icrasını bu günədək tam təmin etməmişdir. Bu səbəbdən Şəxs barəsində protokol tərtib edilmiş və Yardımlı rayon Məhkəməsinə təqdim edilmişdir. Borcli bu müddət ərzində cəmi 49 manat pul ödəniş etmiş və hazırda Şəxs borcu 495.24 manat təşkil edir. İş materiallarında olan 16 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(038)-95/2021 nömrəli icra sənədi üzrə borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə tabe olmamaqla icra sənədinin icrasını təmin etməmişdir. Hazırda Şəxs borcu 495.24 manat təşkil edir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Məhkəmə Şəxs maddi imkanının olmaması ilə bağlı izahatına qiymət verməklə hesab edir ki, onun bu bardə dedikləri özünü müdafiə xarakteri daşıyır. Belə ki, izahatında dediyi kimi hər ay 10 manat pul ödəmək istəməsi ona əsas verir ki, o, bundan sonra 49 ay müddətində 495 manat borcu ödəməlidir ki, bu da 4 il müddət təşkil edir. Göründüyü kimi Şəxs icra işini qərəzli olaraq icra etmir. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Həmin Məcəllənin 30.2-ci maddəsində göstərilri ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs himayəsində azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, himayəsində azyaşlı uşağının olmasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(038)-48/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-48/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver