Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-5/2024 18.01.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X11 sədrliyi , Məhkəmənin iclas katibi K1 katibliyi, Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1970-ci ildə Yardımlı rayonu Çayüzü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Deman kəndində qeydiyyatda olan yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 206-cı maddəsı ilə Yardımlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 27 dekabr 2023-cü il tarixli 734 nömrəli akta əsasən sidiyin analızı nəticəsində Şəxs sidiyində “THC (həşiş, marixuana)” aşkar olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X10 göstərdi ki, Şəxs narkotik vasitələri üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğundan barəsində Yardımlı rayon X7 Qrupunda təhqiqat aparılmış, toplanmış materiallar üzrə vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğu üçün qərarın surəti inzibati qaydada tədbir görülməsi üçün Yardımlı rayon X9 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. 18 yanvar 2024-cü il tarixdə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həm tarixdə iş üzrə toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında özünü təqsirli bilməyərək göstərdi ki, Yardımlı rayonu Deman kəndində yaşayır. 27 dekabr 2023-cü il tarixdə saat 13 radələridə onun mobil telefonuna polis əməkdaşları tərəfindən zəng edilərək yerini soruşmuşlar. O, Yardımlı şəhərində qızının evidnə olduğunu bildirmiş, sonra polislər gəlib onu polis şöbəsinə aparmışlar, onun üzərinə baxış keçirmişlər, ondan hər hansı narkotok vasitə aşkarlanmamış, sonra onu Lənkəran şəhər norkoloji xəstəxanasına apararaq analiz verdirmişlər və sidiyində “THC (həşiş, marixuana)” aşkar olunduğunu bildirmişlər. Nə vaxt narkotik vasitə qəbul etməsini xatırlamır. Lakin Bakı şəhərində olarkən ona toy məclisində tanımadığı şəxs tərəfindən sonradan mahiyyətini başa düşdüyü narkotik vasitə təklif edilmiş, o da mahiyyətini bilmədən həmin maddəni qəbul etmişdir. Həmin vaxtdan sonra narkotik vasitə qəbul etməmişdir və hazırda da narkotuk vasitələrdən istifadə etmir və satmır. Odur ki, onun barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan Yardımlı rayon X7rçısı, polis kapitanı X8 tərəfindən qəbul edilmiş 07 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə vətəndaş Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğu üçün qərarın surəti inzibati qaydada tədbir görülməsi üçün Yardımlı rayon X9 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X6 tərtib etdiyi 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 27 dakabr 2023-cü il tarixli, 734 saylı aktından görünür ki, Şəxs sidiyində “THC (həşiş, marixuana)” aşkar olunmuşdur. İş materiallarında olan Yardımlı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X4 raportunun surətindən görünür ki, daxil olmuş məlumata əsasən Abdiyev X2 RPŞ-yə dəvət edilmiş, o, əvvəllər narkotik vasitlələrin istifadəsi ilə məşğul olduğunu bildirmi, gösrətilən faktların araşdırılması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının inzibati xətalar Məcəlləsinin; 99.1. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. 99.2. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.14-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Həmin qanunun 22.1-ci maddəsinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə əlaqədar inzibati məsuliyyət Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yaranır. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsinindən bəhs edən Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati işin materialdan görünür ki, Şəxs inzibati xəta hadisəsini törətməsi Yardımlı rayon X7rçısı, polis kapitanı X5 07 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı əsas olmuşdur. Həmin qərardan görünür ki, 27 dekabr 2023-cü il tarixdə Abdiyev X3 şəhər norkoloji xəstəxanasında tibbi müayinədən keçirilmiş və onun sidiyində “THC (həşiş, marixuana)” aşkar olunmuşdurş. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 2023-cü ildə Bakı şəhərində olarkən toy məclisində tanımadığı şəxs ona mahiyyətini bilməyən və sonradan başa düşdüyü narkotik vasitəni qəbul etməsi təklif etmiş və o da mahiyyətini bilmədən narkotik vasitəni qəbul etmişdir. Həmin vaxtdan sonra narkotik vasitə qəbul etməmişdir. Beləliklə, məhkəmə Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin olması sübuta yetirilmir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 206-cı maddəs ilə olan inzibati icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 53.2.-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 206-cı maddəs ilə olan inzibati icraata xitam verilsin. Qərar rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətinə Yardımlı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(038)-5/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-5/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver