Məhkəmə qərarları › İş №3(038)-50/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-50/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-50/2023 16.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 Xanoğlan oğlunun sədrliyi , Quliyev Tahir Binyatali oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, İnzibatı xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxx 1989-cu ildə Yardımlı rayonu Köryədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı şəhərində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 16 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 mart 2023-cü il tarixdə qayınatası X1 ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozan, xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yardımlı rayon Köryədi kəndində qeydiyyatdadır və Yardımlı şəhər H.Əliyev küçəsində yaşayır. Heç bir yerdə işləmir. X2 qayınatasıdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Dəlləkli kənd məktəbinə uşaqları görmək üçün getmişdir. Uşaqlarını görmüş və qayıdıb gəlmişdir. Sonra atasına uşaqları gördüyünü və uşaqların vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Saat 12:30 radələrində atası ilə birgə uşaqlarını öz evinə gətirmək məqsədilə yenidən Dəlləkli kənd məktəbinə getmişdir. Onlar məktəbdə olduqları vaxt qayınatası İlqar Bağışov da məktəbə gəlmişdir. İlqar Bağışov onun ünvanına nalayiq söyüşlər söymüş və o da İlqar Bağışovu söymüşdür. Həmin vaxt aralarında dava-dalaş olmamışdır. Bir-birinə xəsarət yetirməmişlər. Səhvini başa düşmüşdür, hərəkətindən peşmandır. Söz verir ki, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Şəxs inzibati xəta törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş X1 məhkəmə iclasında verdiyi izahatı və iş materialları ilə də təsdiq olunur. Belə ki, zərərçəkmiş şəxs X2 məhkəmə iclasında ifadəsində göstərdi ki, 2012-ci il tarixdə qızı Firuzə Əkbərova ilə Şəxs ailə həyatı qurmuşdur. Həmin evlilikdən onların 2 oğlan uşağı dünyaya gəlmişdir. Təxminən 6 ildir ki, Şəxs qızını və ailə üzvlərini təhqiramiz ifadələrlə təhqir edir. Qızının ailəsində yaranmış narazılıqlarla bağlı qızı Firuzə Əkbərovanı və iki nəvəsini öz evinə gətirib saxlayır. xx.xx.2023-cü il tarixdə məktəbdən müəllim ona zəng edib iki nəfərin gəlib uşaqları aparmaq istədiklərini bildirmişdir. Məktəbə getmiş və görmüşdür ki, Şəxs məktəbin çöl qapısını tutub və onu içəri buraxmaq istəmir. Firudin Əkbərov da həmin vaxt orada olmuşdur. Həmin vaxt məktəbin həyətində Şəxs onun ünvanına nalayiq söyüşlər söymüş və o da onun ünvanına nalayiq söyüşlər söymüşdür. Aralarında heç bir dava-dalaş olmamışdır. Bir-birinə xəsarət yetirməmişlər. Göstərdiklərini nəzərə alaraq Şəxs yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan 16 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı şəhər sakini Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 16 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında iş aidiyyəti üzrə Yardımlı rayon məhkəməsinə göndərilmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar