Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-52/2023 25.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 Xanoğlan oğlunun sədrliyi , Quliyev Tahir Binyatali oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, İnzibatı xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1986-ci ildə Yardımlı rayonu Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 25 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı şəhər sakini Şəxs 23 mart 2023-cü il tarixdə saat 18 radələrində arvadı Zərərçəkmiş şəxs2 və qayınatası Zərərçəkmiş şəxs1 söyüb təhqir edərək xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, arvadı Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış mübahisədən sonra Aygün azyaşlı uşaqlarını gütürərək atasına məxsus evə getmişdir. 2 gün əvvəl azyaşlı uşaqları onun yanına gəldiyi üçün, 23 mart 2023-cü il tarixdə saat 18 radələrində uşaqlarının kitablarını gütürmək üçün Aygünün yaşadığı ünvana getmiş və Aygünə uşaqların məktəbə hazırlaşmaq üçün kitablarının lazım olduğu bildirmişdir. Aygünlə söhbət edərkən aralarında mübahisə yaranmışdır. Həmin vaxt Aygünün atası Allahşükür onların yanına gəlmiş, onunla da aralarında mübahisə olmuş və səs-küy yaranmışdır. Hazırda əməlindən peşman olmuşdur. Qeyd etdiklərini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şəxs inzibati xəta törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdikləri izahatlar və iş materialları ilə də təsdiq olunur. Belə ki, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadəsində göstərdi ki, Şəxs ilə aramızda olan narazılıqdan sonra azyaşlı uşaqları götürüb atasının yaşadığı evə getmişdir. Hadisədən iki gün əvvəl Zaur gəlib uşaqları aparmışdır, sonra isə 23 mart 2023cü il tarixdə saat 18 radələrində yaşadığı Yardımlı şəhəri Ünəş küçəsində yerləşən atasına məxsus evin yaxınlığına gələrək, uşaqların pasport və kitablarını tələb etmişdir. Səs-küyə hadisə yerinə gəlmiş atası Zərərçəkmiş şəxs1 və onun ünvanına nalayiq sözlər işlədərək, səs küy salıb ictimai qaydanı pozmuşdur. Göstərdiklərini nəzərə alaraq Şəxs qanuna müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərşəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 23 mart 2023-cü il tarixdə saat 18 radələrində ona məxsus Yardımlı şəhəri Ünəş küşəsində yerləşən evin yaxınlığında səs-küy eşidib, ora getmişdir. Orada Şəxs qızı Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək, səs-küy saldığını görmüşdür. Zaura irad tutduqda Zaur onun üzərinə yürüyərək, soyüş söymüş və ictimai qaydanı pozmaqda davam etmişdir. Göstərdiklərini nəzərə alaraq Şəxs qanuna müvafiq cəza verilməsini xahiş edir. İş materiallarında olan 25 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı şəhər sakini Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 25 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında iş aidiyyəti üzrə Yardımlı rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 24 mart 2023-cu il tarixli AZA 007606 nömrəli izibat qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin inzibati xəta ilə bağlı 24 mart 2023-cü il tarixdə saaat 17:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 31.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarından müəyyən dilir ki, Şəxs 24 mart 2023-cü il tarixdə, saaat 17:30-da inzibati qaydada tutulmiuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də Şəxs barəsində inzibati qaydada tutma müddəti onun inzibati həbs müddətinə daxil edilməli və həbs edilmə müddətinin əvvəli, onun inzibati qaydada tutulduğu vaxtdan hesab edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 24 mart 2023-cü il tarixdən, saat 17.30-dan hesab edilsin. Qərarın icrası Yardımlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(038)-52/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-52/2023
25.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver