Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-541/2025 23.12.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X71 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X74 nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara Yardımlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X50 Xidməti X1 xx.xx.2025-ci il tarixli, 3-17-5/2-95293/2025 nömrəli göstərişini yerinə yetirmədiyinə görə sonuncu tərəfindən «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X79 barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə 28 noyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X50 Xidməti X1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X62 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında nizamnamə təqdim edərək izahatında göstərmişdir ki, X53 və digərlərinə artıq iş saatına cəlb edilməsi əmri yoxdur. İşçilər öz aralarında qrafik tutmuşlar və həmin qrafik əsassızdır. İşçilərə yanvar ayına görə iş saatı 150 saat müəyyən olunmuşdur, onlar özləri daxili qarfikə əsasən artıq işləmişlər. Pulun ayrılması TƏBİB-in vəzifəsidir və pulun ödənilməsi barədə TƏBİBƏ məlumat verilmişdir. Xərclər ilin əvvəlində ayrılır və bu xərclərin ödənilməsi nəzərdə tutulmamışdır. Odur ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X79 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X74 nümayəndəsi Nümayəndə2 izahatında Nümayəndə1 verdiyi izahata uyğun eyni məzmunlu izahat verərək «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X79 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X74 əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X50 Xidməti X1 xx.xx.2025-ci il tarixli, 3-17-5/2-95293/2025 saylı icrası məcburi göstərişdən görünür ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə 30 (otuz) gün müddətində X46 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cu il tarixədək olan günlərə görə ezamiyyə xərclərini yenidən hesablanıb ödənilməyən hissəsinin ödənilməsini, əlilliyə görə əmək haqqına əlavələrin ödənilməsini və iş vaxtından artıq vaxt ərzində gördüyü işə görə nəzərdə tutulmuş əlavə əmək haqqının ödənilməsini, eləcə də, X38na (cəmi 1059 saat), X17 (cəmi 845 saat), X27 (cəmi 772 saat), Quliyev Sərvər Vəkil oğluna (cəmi 1575 saat), X35 (cəmi 1827 saat), X18 (cəmi 877 saat), X19 (cəmi 1555 saat), X20 (cəmi 1731 saat), X28 (cəmi 1626 saat), X8 (cəmi 1843 saat). X47 (cəmi 894 saat). X36 (cəmi 1063 saat), X9 (cəmi 951 saat), X48 (cəmi 1085 saat). X21 (cəmi 1031 saat), X10 (cəmi 1137 saat) və X22 (cəmi 939 saat)iş vaxtından artıq vaxt ərzində gördüyü işə görə nəzərdə tutulmuş əlavə əmək haqqının ödənilməsini və X21 son haqq-hesabının yenidən hesablanıb ödənilməyən hissəsinin ödənilməsini təmin edib nəticəsi barədə X50 Xidmətinin X3nə rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X50 Xidməti X3 tərəfindən tərtib edilmiş 28 noyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X50 Xidməti X1 xx.xx.2025-ci il tarixli, 3-17-5/2-95293/2025 nömrəli göstərişini yerinə yetirmədiyinə görə barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilərək, baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Əmək müqaviləsinə xitam bverilməsi haqqında bildirişlərdən görünür ki, X37 və digərlərinin əmək müqavilələrinə xitam verilmişdir. Yardımlı Rayon Mərkəzi Xəstəxanası" X74 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X37 və digərlərinin əmək müqavilələrinə xitam verildikdən sonra son haqqhesablarının ödənilmiş və ödəniş barədə tərtib edilmiş cədvəl Yardımlı rayon Məhkəməsinə təqdim edilmişdir. “Yardımlı Rayon Mərkəzi Xəstəxanası" X74 xx.xx.2025-ci il tarixli 445 saylı məktubundan görünür ki, “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” X74 tabeliyində fəaliyyət göstərmiş “TTTY” struktur bölməsinin sabiq işçiləri X53, X38, X39, X49, Quliyev Sərvər Vəkil oğlu, X51, X40, X41, X29, X42, X30, X54, X52, X31, X55, X43, X32 və X11 2020-ci və 2024-cü illər üçün artıq iş saatlarına cəlb olunmaları barədə əmr verilməsi barədə xəstəxananın həmin illər üçün tərtib olunmuş əmr kitablarına baxış keçirilmişdir. Baxış zamanı adları qeyd olunun işçilərin artıq iş saatlarına cəlb olunmaları barədə əmr olmadığı aşkar edilməmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri mövcud qanunvericiliyin tələbləri ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X74 əməlində İXM-nin 539.1-1-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə sübuta yetirilmir. Belə ki, Azəebaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə görə Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci madddəsinə əsasən: Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; f) intizam tənbehi verilməsi; g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi; ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. 292-ci madddəsinə görə:
1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.
3. Pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir. 294-cü maddəsinə əsasən:
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
3. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.
4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İXM-nin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 539.1-1-ci maddəsinin dispozisiyasına görə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi inzibati məsuliyyət səbəb olur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati orqanın Yardımlı rayon Mərkəzi Xəsxəxanasına ünvanladığı xx.xx.2025-ci il tarixli göstərişindən görünür ki, X26 X3 tərəfindən “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” X74 tabeliyində fəaliyyət göstərmiş “TTTY” struktur bölməsinin sabiq işçiləri X53, X38, X39, X49, Quliyev Sərvər Vəkil oğlu, X51, X40, X41, X29, X42, X30, X54, X52, X31, X55, X43, X32 və X11 müraciətləri üzrə araşdırma aparılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, "Yardımlı Rayon Mərkəzi Xəstəxanası" X79 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinin, 165-ci maddəsinin 1-ci hissəsinin, 83-cı maddəsinin 4-cü hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq X37 (cəmi 1087 saat), X12 (cəmi 1059 saat), X13, X23 (cəmi 772 saat), Quliyev Sərvər Vəkil oğlunun (cəmi 1575 saat), X33 (cəmi 1827 saat), İmanov'Elgün Bəxtiyar oğlunun (cəmi 877 saat), X14 (cəmi 1555 saat), X15 (cəmi 1731 saat), X24 (cəmi 1626 saat), X4 (cəmi 1843 saat), X44 (cəmi 894 saat), X34 . (cəmi 1063 saat), X7 (cəmi 951 saat), X45 (cəmi 1085 saat), X16 (cəmi 1031 saat), X5 (cəmi 1137 saat) və X11 (cəmi 939 saat) artıq iş saatlarında işə cəlb edilməsi, işə cəlb edildiyi artıq işlərə görə onlara əlavə əmək haqqının hesablanmaması və son haqq-hesabları əmək müqavilələrinə xitam verildiyi gün ödənilməməsi halları aşkar edilmişdir. Bu səbəbdən X50 Xidmətinin X3nin xx.xx.2025-ci il tarixli 3-17-5/2-95293/2025 nömrəli göstəriş xarakterli məktubu ilə “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” X74 işə götürənindən tələb olunmuşdur ki, 30 (otuz) gün müddətində X37, X12, X13, X23, Quliyev Sərvər Vəkil oğlunun, X33, X6, X14, X15, X24, X4, X44, X34, X7, X45, X16, X5 və X2 haqq-hesablarının tam şəkildə ödənilməsini təmin edib nəticəsi barədə X50 Xidmətinin X3nə rəsmi məlumat versin. Qeyd olunan əmək hüquq münasibətlərini tənzimləyən normaların məzmunundan göründüyü kimi əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması fədi əmək mübahisələrinə aiddir və fərdi əmək mübahisələri bilavasitə məhkəmələr tərəfindən baxılır. Göstərişdə qeyd olunanlardan görünür ki, X26 X3 araşdırmanın nəticələri ilə bağlı məlumat verməklə ona müraciət etmiş şəxslərə fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilməli olduğu halda bunu etməmiş, əksinə əmək haqqına əlavələrin ödənilməli olmasına dair «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X70 göstəriş vermişdir. Halbuki həmin göstəriş qanunvericiliyin tələbi baxımından məhkəmənin araşdırma predmetinə daxil olmaqla, qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında həyata keçirilməlidir. Göründüyü kimi X26 X3 tərəfindən verilmiş göstərişin verilməsinin özü qanunsuz olmuşdur ki, belə olan halda da «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X62 əməlində İXM-nin 539.1-1-ci maddəsinin tərkibinin mövcudluğundan söhbət gedə bilməz. Bu baxımdan məhkəmə Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X74 əməlində İXM-nin 539.1-1-ci maddəsinin tərkibinə aid olan obyektiv cəhətinin olub-olmamasına, yəni müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişini əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilibedilməməsinə qiymət verilməsini zəruri hesab edir. Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X74 əməlində o halda İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişini icra etməmiş olsun. Hazırki işin hallarından isə müəyyən olunur ki, «Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X74 əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X79 barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
«Yardımlı Rayon Mərkəzi Xəstəxanası» X79 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
X75