Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-543/2025 03.12.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X11 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Yardımlı rayonu, Avaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, çörək sexində şörək bişirən işləyən, əlilliyi olmayan, Yardımlı rayonu, Avaş kəndində qeydiyyatda olan, Binəqədi rayonu Sulutəpə qəsəbəsində kirayədə yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(038)-155/2024 saylı, xx.xx.2025-cı il tarixli, 2(038)-16/2025 saylı, Yardımlı rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1978 saylı icra sənədlərini üzrlü səbəblər olmadan icra etmədiyinə və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 03 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(038)-155/2024 saylı, xx.xx.2025-cı il tarixli, 2(038)-16/2025 saylı, Yardımlı rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1978 saylı icra sənədlərini icra etmədiyinə görə borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hazırda Şəxs tələbkarlar X4 aliment burcu 2000 manat, ABC Telekom MMC-yə 1305,73 manat, Kapital bank ASC-yə 674.89 manat təşkil edir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhərində çörək sexində çörək bişirən işləyir 800 manat əmək haqqı alır, lakin kirayədə yaşdığından kirayə və digər xərclərə görə borclarını ödəyə bilmir. Lakin aliment borcunu imkanı çatan qədər ödəyir. Bu gün də 440 manat ödəniş etmişdir. Ona borcunun ödənilməsi üçün vaxt verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında bildirmişdir ki, borclu Şəxs vaxtı-vaxtında aliment borcunu ödəmir, o, şikayət edəndən sonra ödəniş edir. Hazırda Şəxs 2000 manat aliment borcu vardırvə 1000 manat ödəməsə barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini xahiş edirş. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı Rayon Məhkəməsinin 2(038)-16/2025 saylı, xx.xx.2025-cı il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü ildə doğulmuş X1 və xx.xx.2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa sonrakı ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.5 misli miqdarında aliment tutularaq iddiaçı Əliyeva rərişan Rafiq qızına ödənilməlidir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(038)-155/2024 saylı icra sənədinə əsasən cəmi 1273 manat pul və 32.73 manat ödənilmiş dövlət rüsumu Şəxs tutularaq iddiaçı ABC Telekom MMC-yə ödənilməlidir. Yardımlı rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1978 saylı icra qeydinə əsasən cəmi 679.89 manat pul Şəxs tutularaq iddiaçı Kapital Bank ASC-nin xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərarlardan görünür ki, icra sənədləri üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarların surətləri Şəxs göndərilmiş, isra sənədlərinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton Məhkəmə Portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədinlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini və icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 dekabr 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(038)-543/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-543/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver