Məhkəmə qərarları › İş №3(038)-545/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-545/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-545/2025 03.12.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X1 iştirakı ilə, xx.xx.2003-cü ildə Yardımlı rayonu, Porsova kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Yardımlı rayonu Porsova kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 290.3-cü və 157-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Yardımlı rayonu, Porsova kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirdiyinə və ev heyvanlarının saxlanılması qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi ilə nəticələn hadisə torətdiyinə görə Şəxs barəsində Yardımlı rayon polis şöbəsinin sahə rəisi X3 tərəfindən İXM-nin 290.3-cü və 157-ci maddələri ilə 03 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X3 bildirmişdir ki, Şəxs ilə Yardımlı rayonu Porsova kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmiş, eyni zamanda Şəxs məxsus it ağzı ilə Zərərçəkmiş şəxs sağ bud nahiyyəsini dişləmişdir. Hadisə ilə bağlı araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində İXM-nin 290.3-cü və 157-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Yardımlı rayonu Porsova kəndi ərazisində səxsi təsərrüfatında olan olan qoyunları otaran zaman Zərərçəkmiş şəxs qoyunlarını onun xalasının torpaq sahəsində otardığını görmüş, Şaməddinə qoyunlarını həmin ərazidən çıxarmasını desə də, Şaməddin ona məhəl qoymamış və bu səbədən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan ağac parçası ilə onu, o da Şaməddini vurmuşdur. Dava-dalaş zamanı Zərərçəkmiş şəxs ona xəsarət yetirmiş və Şaməddinin iti onun sağ qulağının üst hissəsindən qoparmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Yardımlı rayonu Porsova kəndi ərazisində səxsi təsərrüfatında olan qoyunları otaran zaman Şəxs ona yaxınlaşaraq qoyunların həmin sahədən çıxarmağını demiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs əlində olan ağac parçası ilə onu, o da Adəmii vurmuşdur. Dava-dalaş zamanı Şəxs ona xəsarət yetirmiş və Adəmin iti onun sağ budunu dişləmişdir. Sonra o Yardımlı rayon polis şöbəsinə müraciət etmişdir. Şəxs ilə barışmamışdıır, ondan şikayətçidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Yardımlı Rayon Polis X2 təhqiqatçısı, polis kapitanı X5 tərəfindən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-nin 290.3-cü və 157-ci maddələri ilə tədbir görülməsi üçün İTB-nə göndərilmişdir. Yardımlı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Babaşov Rauf Cəfər oğlu tərəfindən tərtib edilmiş 03 dekabr 2025-ci il tarixli inzibatı xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərarından görünür ki, Şəxs barəsində toplanmış material Yardımlı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT X4 Şəxsin verdiyi xx.xx.2025-ci il tarixli 65 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bud nahiyyəsinin iki ədəd deşilmiş yarası, başın sağ gicgah nahiyyəsinin, sağ saidin yuxarı 1/3-nin arxa hissəsinin və döş qəfəsinin sol yarısının arxa hissəsinin qançırı məyyən olunmuşdur. Sağ bud nahiyyəsinin iki ədəd deşilmiş yarası deşici əşyanın(əşyaların), ola blər ki, it dişləməsi nəticəsinə törənmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Başın sağ gicgah nahiyyəsinin, sağ saidin yuxarı 1/3-nin arxa hissəsinin və döş qəfəsinin sol yarısının arxa hissəsinin qançırı bərk küt alətin, ola bilər ki, ağac parçasının təsirindən törənmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Aşkar olunan xəsarətlərin törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Şəxs əlilliyi yoxdur. İXM-nin 290.3-cü maddəsinin dispozisiyasına görə bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcllənin 290.1-ci maddəsinə əsasən it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni: 290.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə; 290.1.2. ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına; 290.1.3. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına; 290.1.4. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə; 290.1.5. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə; 290.1.6. ev heyvanlarının insanların üzərinə saldırılmasına; 290.1.7. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə; 290.1.8. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyrimüalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına; 290.1.9. ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görəiki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Yuxarıda qeyd maddi hüquq normalarının məzmununu tədqiq edilmiş süubtlarla qarşılıqlı şəkildə araşdırmaqla müəyyən edilmişdir ki, Yardımlı rayonu Porsova kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Yardımlı rayonu, Porsova kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmiş və ev heyvanlarının saxlanılması qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Beləliklə müəyyən olunur ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 290.3 və 157-ci maddələrindən görünür ki, İXM-nin 157-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.3 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 157-ci maddəsi ilə Şəxs barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 dekabr 2025-ci il tarixdən saat 16:40-dan hesablansın Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar