Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-554/2025 23.12.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X24 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxs X11 və inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin 1 saylı X18 Sərvətlər İdarəsinin (bundan sonra mətndə 1 saylı RETSİ) nümayəndəsi X8 iştirakı ilə, 1 saylı RETSİ-nin xx.xx.2025-ci tarixli MN 189679 №-li inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş fiziki şəxs X11 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: 1 saylı RETSİ-nin xx.xx.2025-ci tarixli MN 189679 №-li inzibati tənbeh vermə haqqında qərarı ilə, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan X11 şikayət verərək, 11 saylı X15 Mərkəzinin xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolunun və inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* №-li qərarının ləğv edilməsi, İXMnin 257-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 11 saylı X15 Mərkəzinin Yardımlı rayon meşə mühafizə üzrə nümayəndəsi X12 xx.xx.2025-ci il tarixdə onun barəsində İXM-nin 257-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolda bu faktın xx.xx.2025ci ildə Daşkənd meşəbəyliyinin 5 saylı meşə zolağında 007517 №-li Aktla təsdiq olunması yazılmışdır. xx.xx.2025-ci il tarixdə 1 saylı RETSİ-nin qərarı ilə, İXM-nin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat cərimə tətbiq edilmişdir. İnzibati xəta haqqında protokolda 11 saylı X15 Mərkəzinin Daşkənd meşə dolayının gözətçisi X5 verdiyi yazılı məlumat əsasında mərkəzin əməkdaşları tərəfindən 14 iyun 2025-ci il tarixdə həmin dolayda araşdırma aparılan zaman X25 ərazisində guya özbaşına ot biçməyini göstərmişdir. 11 saylı X15 Mərkəzi Abşeron Rayon Məhkəməsinə «vurulmuş zərərin əvəzinin ödənilməsi», guya meşə fondu sahəsində öz başına ot biçməyi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 280 manat məbləğində pul vəsaitinin tutulub 11 saylı X15 Mərkəzinin hesabına ödənilməsinə dair iddia ərizəsinə məhkəmədə baxılır. Ərizə 2(012)-6381/2025 nömrə ilə hakim x icraatındadır. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli protokolu və tənbehvermə haqqında xx.xx.2025-ci il tarixli qərarı, xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsində məhkəmə iclası zamanı almışdır. İnzibati xəta haqqında protokol və qərar qanunsuz, əsassız və qərəzli olduğu üçün imza etməkdən imtina etmiş və qəbul etməmişdir. 2000-ci ildə Yardımlı rayon Ostair kənd sakini olmağı ilə yanaşı qeydiyyatda olduğu üçün Yardımlı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyul tarixli 11/1 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0,12 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün 10 avqust 2000-ci il tarixdə JN 322, kod 80415018 saylı dövlət aktı əsasında onun tam mülkiyyətinə verilmişdir. Onun torpaq sahəsi ilə yanaşı doğma bacısı X2 Yardımlı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyul tarixli 11/1 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0,38 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün 10 avqust 2000-ci il tarixdə JN 227, kod 80415018 saylı dövlət aktı ilə paylı mülkiyyətdə olan torpaq sahəsi onun topraq sahəsi ilə yanaşı yerləşir. O 2025-ci ilin iyun ayında Yardımlı rayon Ostair kəndində öz mülkiyyətində və bacısı Sürayə Əmirovanın paylı mülkiyyətində olan torpaq sahəsində ot biçmişdir. X25 torpaq sahəsi ilə onların mülkiyyətində olan torpaq sahələri arasında 500-600 metr məsafə var. 5 saylı meşə dolayının gözətçisi X13 öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək qərəzli şəkildə ona qarşı qanunsuz və ədalətsiz mövqe göstərməklə protokol və qərar qəbul etmişlər. Ona görə də barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasına video konfrans vasitəsilə qoşulmuş X11 şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X15 Mərkəzinin, Yardımlı rayonu meşə Mühafizə nümayəndəsi X12 17 iyun 2025-ci il tarixdə inzibati xəta haqqında MN №2363952 saylı protokolla, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi əsasında protokol tərtib etmişdir. Protokolda bu faktın 14 iyun 2025-ci il tarixdə Daşkənd meşəbəyliyinin 5 saylı meşə zolağında AKT №007517 ilə təsdiq olunması yazılmışdır. 01 avqust 2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında 1 saylı RETSİ-nin rəisi X14 onun barəsində MN ******* saylı qərar qəbul etmişdir. Qərara, əsasən o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 400 manat inzibati cərimə tənbeh tədbiri cərimə tətbiq etmişdir. İnzibati xəta haqqında protokolu 11 saylı X15 Mərkəzinin Daşkənd meşəbəyliynin 5 saylı meşə dolayının gözətçisi X5 verdiyi yazılı məlumat əsasında mərkəzin əməkdaşları tərəfindən 14 iyun 2025-ci il tarixdə mərkəzin Daşkənd meşəbəyliyinin 5 saylı meşə dolayında araşdırma aparılan zaman X25 ərazisində guya özbaşına ot biçdiyi göstərilmişdir. 11 saylı X15 Mərkəzi Abşeron Rayon Məhkəməsinə “vurulmuş zərərin əvəzinin ödənilməsi”, guya meşə fondu sahəsində özbaşına ot biçməsi nəticəsində dövlətə dəyniş zərərin əvəzi 280 manat məbləğində pul vəsaitinin tutulub 11 saylı X15 Mərkəzinin hesabına ödənilməsinə dair iddia ərizəsinə məhkəmədə baxılır. Onun barəsində tərtib edilmiş protokoldan və qarardan məlumatı olmamışdır. İnzibati xəta haqqında 17 iyun 2025-ci il tarixli protokolu və inzibati tənbeh vermə haqqında 01 avqust 2025-ci il tarixli qərarı, xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsində məhkəmə iclası zamanı almışdır. Odur ki, 11 saylı X15 Mərkəzinin xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolunun və inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* №-li qərarının ləğv edilməsini və İXM-nin 257-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan –– 1 saylı RETSİ-nin nümayəndəsi Rauf Abbasov şikayətin əsassız olduğunu bildirərək, şikayətin rədd edilməsini xahiş etmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: 1 saylı RETSİ-nin rəisi X9 01 avqust 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə, X11 İXM-nin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Torpağa mülkiyyət hüququna dair J№-322 KOD 80415018 saylı dövlət aktının surətindən görünür ki, X6 Yardımlı rayou X10 1998-ci il 30 iyul tarixli 11/1 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.12 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair J№-227 KOD 80415018 saylı dövlət aktının surətindən görünür ki, X3 Yardımlı rayou X10 1998-ci il 30 iyul tarixli 11/1 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.38 ha torpaq sahəsi verilmişdir. MN ******* №-li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunur ki, X1 meşəbəyliyinin 5 saylı meşə dolayında 0.70 ha X25un ərazisində ot biçildiyi qeyd edilmişdir. 11 saylı X15 Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli, 007517 №-li aktdan görünür ki, Yardımlı rayon Ostayir kənd sakini X4 heç bir hüquqi sənədi olmadan X25 biçənək ərazisinin 33-cü kvartalından 0,70 ha ərazisini biçmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İXM-nin 257-ci maddəsinə əsasən meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə - fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normanın dispozisiyasından görünür ki, meşə fondu sahələrində özbaşına ot biçilməsi qaydalarını pozmuş şəxslər barəsində inzibati məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, 11 saylı X15 Mərkəzinin Daşkənd meşəbəyliynin 5 saylı meşə dolayının gözətçisi X5 verdiyi yazılı məlumat əsasında mərkəzin əməkdaşları tərəfindən 14 iyun 2025-ci il tarixdə Daşkənd meşəbəyliyinin 5 saylı meşə dolayında araşdırma aparılmış, araşdırma zamanı X4 meşə fondunun ərazisində özbaşına ot biçdiyi müəyyən edilmişdir. Buna görə də sonuncunun barəsində İXM-nin 257ci maddəsi ilə 11 saylı X15 Mərkəzi tərəfindən MN ******* №-li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 1 saylı RETSİ-yə göndərilmişdir. Lakin 1 saylı RETSİ tərəfindən inzibati xəta haqqında işə baxılması yeri və vaxtı barədə Pənah Əmirova məlumat verilməmiş, onun iştirakı təmin edilmədən, hər hansının sübutunun olub-olmaması aydınlaşdırmadan xx.xx.2025-ci il tarixli qərarla, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Halbuki, Pənah Əmirovun məhkəməyə təqdim etdiyi Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarından görünür ki, onun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. 1 saylı RETSİ tərəfindən biçilmiş torpaq sahəsinin sonuncunun mülkiyyətinə verilmiş torpaq sahəsi, yaxud da meşə fonduna aid torpaq sahəsinin olubolmaması araşdırılmamışdır. Şəxin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkib bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin hallar inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. İXM-nin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərardan qəbul edilir. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X11 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, 1 saylı RETSİ-nin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığından sonuncunun rəisi X9 01 avqust 2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və X4 barəsində İMX-nin 257-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş yenidən baxılması 1 saylı RETSİ-yə göndərilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X11 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 01 avqust 2025-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin. X4 barəsində İXM-nin 257-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X26
Məhkəmə qərarları › İş №3(038)-554/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-554/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver