Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-6/2024 20.01.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 sədrliyi , Məhkəmənin iclas katibi K1 katibliyi, Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Yardımlı rayonu Alçabulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Alçabulaq kəndində qeydiyyatda olan yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrı ilə Yardımlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 20 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs döymüş, avtomobilinə maddi ziyan vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X8 göstərdi ki, 15 yanvar 2024-cü il tarixdə Yardımlı rayon Alçabulaq kənd sakini Zərərçəkmiş şəxs AR DİN-ni 102 XZM-nə mürciəti əsasında Yardımlı rayon X5 Qrupunda təhqiqat aparılmış, toplanmış materiallar üzrə vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1.ci maddələrinin tərkibi olduğu üçün qərarın surəti inzibati qaydada tədbir görülməsi üçün Yardımlı rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. 20 yanvar 2024-cü il tarixdə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1.ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həm tarixdə iş üzrə toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Yardımlı rayonu Alçabulaq kəndində yaşayır. Zərərçəkmiş şəxs X1 ilə həmkəndlidir. 15 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Alçabulaq kəndi ərazisində yerləşən özünə məxsus evin həyətində atası ilə birlikdə olan vaxt, həmkəndlisi X1 atasının mobil telefonuna zəng etmiş, avtomobil ilə həmkəndlisi Qeyrətin evinə getmək istədiyini və qar yağdığından əgər gedə bilməsə avtomobilini onun həyətində döndərib saxlamaq istədiyini bildirmişdir. Qabaqcadan Zərərçəkmiş şəxs ilə arasında narazılıq olduğundan, o, atasına etirazını bildirmiş, lakin atası ona qulaq asmamış və səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs darvazanın ağzında özünə məxsus olan göy rəngli avtomobil ilə gözləyirmiş. Özündən asılı olmadan X1 ünvanına nalayiq söyüş söymüş və avtomobili həyətinə salmamasını bildirmişdir. Atası ona qulaq asmamış və darvazanı açmaq istəyən zaman o, yerdən götürdüyü daş parçasını atası tərəfə atmış, daş atasının yanından keçib X1 içərisində olduğu avtomobilin alın şüşəsinə dəymişdir. Həmin vaxt Sahratxan Nərimov avtomobildən yerə düşmüş və avtomobili ona düzəltdirəcəyini bildirmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs vurmamış və ona hər hansı bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs avtomobilini qəsdən əzməmişdir. Zərərçəkmiş şəxsla barışmağa və avtomobilə dəymiş maddi ziyanı ödəməyə cəhd etsə də zərərçəkmiş şəxs onunla razılaşmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 15 yanvar 2024-cü il tarixdə saat 12 radələrində həmkəndlisi Qeyrət Sadıqov ona telefonla zəng edib, həyat yoldaşını xəsdəxanaya aparmağı xahiş etmişdir. O, özünə məxsus olan “Vaz 21214 minik” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qeyrət Sadıqovun evinə tərəf hərəkət etməyə başlamışdır. Qar yağdığı üçün həmkəndlisi Rəsul Qədirovun evinin yaxınlığında avtomobil ilə hərəkət etmək mümkün olmamışdır. Rəsul Qədirovun evinə gələn yolun darvazasında avtomobili döndərərək saxlamış və Qeyrət Sadıqovun həyat yoldaşını xəsdəxanaya gətirmək istəmişdir. Həmin vaxt X2 Qədirli onun ünvanına söyüşlər söyüb üzərinə hücum etmişdir. Şəxs yerdən götürdüyü daş parçasını avtomobilə tərəf atmış və həmin avtomobilin ön alın şüşəsi, ban hissəsi və qabaq kapot hissəsi zədələnmişdir. Sonra Şəxs avtomobilin qapısını əli ilə açmış və əli ilə bir neçə şillə və yumruq zərbəsi ilə onun üz nahiyyəsinə və qarın nahiyyəsinə zərbələr vurmuşdur. Sonra o, Şəxs barədə Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə zəng edərək məlumat vermişdir. Hadisə zamanı Şəxs qarşı hər hansı bir nalayiq ifadə işlətməmiş və onu döyməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmamışdır. Döyülüb təhqir olunduğu üçün mənəvi əzab çəkir, ona dəymiş maddi ziyanı istəmir və bu səbəbdən Şəxs barəsində inzibati həbs seçilməsini xahiş etdi. İş materiallarında olan Yardımlı rayon X5rçısı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş 18 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə vətəndaş Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1.-ci maddələrinin tərkibi olduğu üçün qərarın surəti inzibati qaydada tədbir görülməsi üçün Yardımlı rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərtib etdiyi 20 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin canlı şəxsin ekspertizası barədə 16 yanvar 2024-cü il tarixli,04 nömrəli ekspert rəyindən görünür ki, 1961-ci ildə doğulmuş vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət- sol qulaqaltı nahiyyəsinin sıyrığı, gövdənin arxasının sol kürəküstü, belin sağ və sol iç hissələri nahiyyələrinin qançırları bərk küt əşyanın /əşyaların/ təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni 15 yanvar 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan “Avtoservis” Yardımlı avtomobil təmiri sexi tərəfindən tərtib olunmuş 17 yanvar 2024-cü il tarixli 18 nömrəli qüsur aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ 21214 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə 425 (dörd yüz iyirmi beş) manat ziyan dəymişdir. İş materiallarında olan Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərtib etdiyi 19 yanvar 2024-cü il tarixli, AZA 007606 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs 19 yanvar 2024cü il tarixdə saat 15:15də inzibati qaydada tutulmuşdur. Beləliklə, bütün sübutlarıtam halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibati xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli məhkəmə iclasında vermiş olduğu qismən etirafedici izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnın əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnın əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 31.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrı ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş 15 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtan, yəni 19 yanvar 2024-cü ildən, saat 15:15-dən hesablansın. Qərarın icrası Yardımlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(038)-6/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-6/2024
20.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver