Məhkəmə qərarları › İş №3(038)-62/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-62/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-62/2023 30.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 Xanoğlan oğlunun sədrliyi , Quliyev Tahir Binyatəli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Sadiq oğlunun iştirakı ilə, xx xxxxxx 1980-cı ildə Yardımlı rayonu Bürzünbül kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən , əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Bürzünbül kəndində qeydiyyatda olan və yaşayan Şəxs Sadiq oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Sadiq oğlu 29 mart 2023-cü il tarixdə saat 24 radələrində KİA K3 minik markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobili Yardımlı rayonu Sırıq kəndi ərazisində idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə saxlanılmış, Yardımlı rayon Polis Şöbəsin DYPB-nin əməkdaşları tərəfindən yoxlama zamanı sürücü X1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmiş və barəsində 30 mart 2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir. Şəxs Sadiq oğlu bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddələsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sadiq oğlu göstərdi ki, 29 mart 2023-cü il tarixdə saat 24 radələrində dostu ilə birlikdə spirtli içki qəbul etmiş, sonra dostuna məxsus KİA K3 minik markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobili dostu da maşında olmaqla Yardımlı rayonu Sırıq kəndi ərazisində idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə Yardımlı rayon X5 X2 Xidmətinin əməkdası tərəfindən saxlanılmış, sənədlərin yoxlanılması və tibbi müayinədən keçirildikdən sonra onun avtomobili idarə etmək hüququ olmadan sərxoş halda idarə etməsi barədə protokol tərtib olunmuşdur. Törətdiyi əməldən səmimi peşmandır. Səhvini başa düşmüşdür. Yuxarıda göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Şəxs Sadiq oğlunun inzibati xəta törətməsi onun etirafedici izahatı ilə yanaşı 30 mart 2023-cü il tarixlı, İXP ******* nömrəli protokol və iş materialları ilə də təsdiq olunur. Belə ki, iş materialında olan 29 mart 2023-cü il tarixli 22 nömrəli sərxoşluq vəziyyətinin tubbi müayinəsi aktından görünür ki, Şəxs Sadiq oğlunda yoxlama zamanı alkoqol sərxoşluğu vəziyyəti PS-3.000 aşkar olunmuşdur. İş materiallarında olan 30 mart 2023-cü il tarixlı, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sadiq oğlu 29 mart 2023-cü il tarixdə saat 24 radələrində idarə etdiyi KİA K3 minik markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobili Yardımlı rayonu Sırıq kəndi ərazisində idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə Yardımlı rayon X5 X2 Xidmətinin əməkdası tərəfindən saxlanılmış, sənədlərin yoxlanılması və tibbi müayinədən keçirildikdən sonra onun avtomobili idarə etmək hüququ olmadan sərxoş halda idarə etməsi məlum olmuşdur. Bununla da Şəxs Sadiq oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Sadiq oğlunun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlaməti vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati xəta tərətmiş şəxs Şəxs Sadiq oğlu əməlini etiraf edir, törətdiyi əməldən səmimi peşmandır. Şəxs Sadiq oğlunun səmimi peşmançılığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xəta tərətmiş şəxs Şəxs Sadiq oğlunun əməlində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs Sadiq oğlunun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ : Şəxs Sadiq oğlu Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 30 mart 2023-cü il tarixdən saat 13:00-dan hesab edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar