Məhkəmə qərarları › İş №3(038)-63/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-63/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-63/2024 14.03.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi , K1 katibliyi, Yardımlı rayon prokurorunun böyük köməkçisi X1 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Yardımlı rayonu Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Yardımlı rayon X2 Xidmətində baş yanğınsöndürən işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Yardımlı rayon Prokurorluğunda daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Prokurorluğunda daxil olmuş 14 mart 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs 03 yanavar 2024-cü il tarixdə Yardımlı rayon X2 Hissəsində Zərərçəkmiş şəxs qarşı xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Yardımlı şəhərində yaşayır və Yardımlı rayon X2 Hissəsində baş yanğınsöndürən vəzifəsində işləyir. 03 yanvar 2024-cü il tarixdə Yardımlı rayon X2 Hissəsində növbəni təhvil verərkən Zərərçəkmiş şəxs sırada olan zaman səs-küy salmış, o da Valehə bayram günü olduğu üçün evə tez getmələrinə görə sakit olmasını demiş və bu səbəbdən aralarında mübahisə yaranmışdı. O, Zərərçəkmiş şəxs ilə dava etmək istəməmiş, onu döyməmişdir, lakin yaşca Valehdən böyük olduğuna baxmayraq Valehin onun iradlarını qəbul etməməsi ona təsir etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona yüngül cəza verilməsini xahiş edir. Şəxs inzibati xəta törətməsi zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahat və iş materialları ilə də təsdiq olunur. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, 03 yanvar 2024-cü il tarixdə səhər saatlarında növbələrin təhvil-təslimi zamanı Şəxs sırada olan zaman o, yerin dəyişərək Azaddan uzaqlaşmışdır. O, iş yoldaşından yanğınsöndürənlər üçün nəzərdə tutulmuş geyimi geyinib-geyinmədiyini soruşmuşdur. Bu vaxtı Şəxs söhbətə müdaxilə edərək, sakit durmaqlarını tələb etmiş və onun üzərinə hücum çəkmişdir. Sonra iş yoldaşları onları ayırmışdır. Lakin Azad yenidən onun üzərinə hücum çəkmiş, lakin iş yoldaşlarının səyi nəticəsində aralarındakı mübahisə yekunlaşmışdır. Şəxs ilə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Yardımlı rayon prokurorunun böyük köməkçisi X3 məhkəmə iclasında bildirdi ki, 03 yanvar 2024-cü il tarixdə Yardımlı rayon X2 Hissəsində baş vermiş hadisə ilə bağlı hər iki şəxs barəsində Yardımlı rayon prokurorluğunda araşdırma aparılmış, Zərərçəkmiş şəxs barəsində Yardımlı rayon prokurorluğunda hazırda istintaq aparılır, lakin Şəxs əməlində cinayət hadisəsi olmadığından, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək Yardımlı rayon məhkəmədinə göndərilmişdir. İş materiallarında olan 14 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanmış, iş aidiyyəti üzrə Yardımlı rayon məhkəməsinə göndərilmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs zərərçəkmiş şəxslə barışması məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı : Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar