Məhkəmə qərarları › İş №3(038)-63/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-63/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-63/2025 15.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 iştirakı ilə, xx xxx 1966-cı ildə Yardımlı rayonu Vərgədüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaixtisas təhsilli, evli, Vərgədüz kənd poşt şöbəsinin rəisi vəzifəsində işləyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Vərgədüz kəndində qeydiyyatda olan və yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 14 yanvar 2025-ci il tarixdə, saat 17:44-də Yardımlı rayon polis şöbəsinin inzibati binasında ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna və bunun dayandırılmasını tələb edən və həmin ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Yardımlı RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X5 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 15 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X5 bildirmişdir ki, Yardımlı rayonu Vərgədüz kənd sakini Şəxs 14 yanvar 2025-ci il tarixdə, saat 17:44-də sərxoş halda Yardımlı rayon, Vərgədüz kəndinin mərkəzində - ictimai yerdə, habelə Yardımlı rayon Polis Şöbəsinin inzibati binasında xidmət aparan polis əməkdaşlarının ünvanına uca səslə polis nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Polis əməkdaşları bu halın dayandırılmasını tələb etsələr də o əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 58 yaşı vardır, müxtəlif vəzifələrdə işləmişdir və hazırda Yardımlı rayon Vərgədüz kənd poçt şöbəsinin rəisi vəzifəsində işləyir. 14 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində kəndin mərkəzində yol ilə evə gedərkən polis əməkdaşları ona göstərişlər verməyə başlamış və bu səbəbdən aralarında münahisə yaranmışdır. O, telefonla DİN-nin 102 xidmətinə zəng edəcəyinin və polis əməkdaşlarının kənddə nə etdiklərini soruşacağını bildirmişdir. Polis əməkdaşı onun telefonunu əlindən aldığına görə mübahisə bir az da kəskinləşmişdir. Sonra onu Yardımlı rayon polis şöbəsinə gətirərək barəsində protokol tərtib edilmişdir. Həmin gün az miqdarda spirtli içki qəbul etmiş, lakin polis əməkdaşlarının söyməmişdir. Məhkəmədən onun barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş edir. Əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 14 yanvar 2025-ci il tarixdə saat 17 radələrində tərtib olunmuş qrafik üzrə Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri kiçik polis serjantı Zərərçəkmiş şəxs2 ilə 4 nömrəli postda xidmətdə olarkən ünvan 2 ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. Həmin şəxs onlara yaxınlaşmış, səs küy salaraq ictimai qaydanı kobud şəkildə pozmuş, onu nizam intizama dəvət etsələr də həmin şəxs qərəzli şəkildə öz hərəkətlərini davam etdirmişdir. Sonrada bu şəxsin Firudin Tağıyev olduğunu bilmişdir. Onlar özlərini təqdim etdikdən sonra yol verdiyi ictimai qayda pozuntusuna və xuliqanlıq hərəkətlərini davam etdirdiyinə görə bu hərəkətlərə son qoymasını tələb etdikdə Şəxs onları da təhqir etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri kiçik polis serjantı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 14 yanvar 2025-ci il tarixdə saat 17 radələrində tərtib olunmuş qrafik üzrə Yardımlı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Zərərçəkmiş şəxs1 ilə 4 nömrəli postda xidmətdə olarkən ünvan 2 ünvanına nalayiq ifadələr işlədərək onlara yaxınlaşmış, səs küy salaraq ictimai qaydanı kobud şəkildə pozmuş, onu nizam intizama dəvət etsələr də həmin şəxs qərəzli şəkildə öz hərəkətlərini davam etdirmişdir. Onlar özlərini təqdim etdikdən sonra yol verdiyi ictimai qayda pozuntusuna və xuliqanlıq hərəkətlərini davam etdirdiyinə görə bu hərəkətlərə son qoymasını tələb etdikdə Şəxs onları də söymüş və təhqir etmişdir. Sonra Şəxs barəsində protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş: X1 Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Yardımlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, Yardımlı rayon, Vərgədüz kənd sakini X2 dərəcəsinin müəyyən olunmasından ötrü xx.xx.2025-ci il tarixdə saat 17:44-də Yardımlı MRX-nin TTYŞ-də müayinə olunmuşdur. Diaqnoz: Spirtli içki qəbul etmişdir – 1,061 promil. İnzibati qaydada tutma protokolundan görünür ki, X4 xx.xx.2024-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi zərərçəkmişlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Yuxarıda qeyd maddi hüquq normalarının məzmununu tədqiq edilmiş süubtlarla qarşılıqlı şəkildə araşdırmaqla müəyyən edilmişdir ki, Yardımlı rayonu Vərgədüz kənd sakini Şəxs 14 yanvar 2025-ci il tarixdə, saat 17:44-də sərxoş halda Yardımlı rayon, Vərgədüz kəndinin mərkəzində, yəni ictimai yerdə xidmət aparan polis əməkdaşları - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, ictimai qaydanın pozulmasının dayandırılmasını tələb edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə müəyyən olunur ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tətbiq ediləcək inzibati tənbehlə bağlı aşağıdakıları qeyd edir. İXM-nin 331.2 və 331.1.7-ci maddələrinə görə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hallar hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi onun məsuliyyətinin ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 33.2-ci maddəsinə əsasən məsuliyətini yüngülləşdirən hal kimi müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, məsuliyyətini yüngülləşdirən halların olmamasını, habelə məsuliyyətini ağırlaşdıran halı nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 14 yanvar 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar