Məhkəmə qərarları › İş №3(038)-64/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-64/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-64/2025 22.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X14 ədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 1 saylı RETSİ) nümayəndəsi X6 iştirakı ilə, 1 saylı RETSİ-nin rəisi X5 24 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Fərid Hüseynov tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 1 saylı RETSİ-nin rəisi X5 24 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 253.1 maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X4 şikayət verərək, 1 saylı RETSİ-nin rəisi Ceyhun Hüseynovun 24 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Yardımlı rayonu Anzov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. O, protokol və qərarda qeyd edilən meşə sahəsində, ümumiyyətlə haradasa hər hansı bir qanunsuz ağac kəsməmişdir. Uzun müddətdir ki, boyun fəqərəsinin və sağ qolunun lazımı qaydada işləməməsi səbəbindən fiziki işlərlə məşqul ola bilmir. Həkim müayinəsinə əsasən əməliyyat olunmalıdır. Bu barədə xəstəlik tarixindən çıxarışı da ərizəsinə əlavə etmişdir. İnzibati məsuliyyətə cəlb olunması barədə o, öz təqsirsizliyini sübut etməyə borclu deyil, adı çəkilən qərar isə hər hansı bir qanunla nəzərdə tutulan sübutlarla deyil, fərziyyələrə, şübhələrə əsasən qəbul edilib və şübhələr isə onun xeyrimə həll edilməlidir. Onun inzibati xətanı törətməkdə təqsirinin olubolmamasını müəyyən etmək inzibati xəta haqqında protokola baxan səlahiyyətli orqanın vəzifəsidir və sübuta yetirməlidir. Qeyd etdiyim barəmdə olan qərarın hər hansı bir subyektiv əsası isə yoxdur. Bu da əməlində inzibati xəta tərkibinin olmasını istisna edən haldır. Onu da qeyd editdi ki, aralarında olan narazılığa görə X3 onun barəsində qanunsuz ağac kəsməsi ilə bağlı müxtəlif orqanlara ərizələrlə müraciət edib. Əyər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi X1 şikayətini əsas götürərək, barəsində yuxarıda qeyd etdiyim qərarı qəbul edibsə, çox böyük yanlışlığa yol verilib. Halbu ki, X1 2024-cü ilin noyabr ayında ağacları qanunsuz kəsməsi ilə bağlı şikayəti Yardımlı Rayon Polis Şöbəsi tərəfindən araşdırılmış və qanunsuz ağac kəsmədiyi müəyyən edilmiş, bu barədə qərar qəbul edilmiş və bu qərarı da ərizəsinə əlavə etmişdir. Ona görə də qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan –– 1 saylı RETSİ-nin nümayəndəsi Rauf Abbasov şikayətin əsassız olduğunu bildirərək, şikayətin rədd edilməsini xahiş etmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: 1 saylı RETSİ-nin rəisi Ceyhun Hüseynovun 24 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə, X4 İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 700 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yardımlı Rayon Polis Şöbəsinin 25 dekabr 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, araşdırma zamanı xx.xx.2024-ci il tarixdə Ədalət Binyətovun və qardaşı Aydın Binyətovun meşə ərazisində 100 ədəd ağac kəsmələri faktının yoxlanılması üçün əməliyyat tapşırığı verilmiş, onların Anzov kəndi ərazisində 100 ədəd palıd ağacı kəsmədikləri, bu istiqamətdə tədbirlərin davam etdirilməsi göstərilmiş, toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmiş, Vilayət Binyətov, Aydın Binyətov və Ədalət Binyətova mərhum atalarından qalmış mülk üstündə aralarında yaranmış mübahisələri mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmələri izah edilmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İXM-nin 253.1-ci maddəsinə əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normanın dispozisiyasından görünür ki, meşəqırma bileti (orderi) olmadan meşə fondundan istifadə qaydalarını pozmuş şəxslər barəsində inzibati məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. X2 meşə fonduna məxsus ağacları məhv etməsi və ya zədələməsi ilə bağlı qərar qəbul edərkən səlahiyyətli orqan tərəfindən bunu təsdiq edən hər hansı mötəbər sübuta əsaslanmamış, əksinə, Yardımlı Rayon Polis Şöbəsinin 25 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, X11 kəndi ərazisində ağacları kəsməsi faktı öz əsksini tapmamışdır. Bundan savayı tərtib edilmiş MN1763196 №-li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd olunur ki, 4 saylı meşəbəyiliyinin 14 saylı meşə dolayının 145-ci kvartalında 59 ədəd müxtəlif cinsli ağacların Aydın Binyətov tərəfindən kök azından kəsərək aparması qeyd edilmişdir. İXM-nin 100-cü maddəsinə əsasən; 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, inzibati xəta haqqında protokolda xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Hazırki iş üzrə tərtib edilmiş MN1763196 №-li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan isə görünür ki, xətanın mahiyyəti qeyd edilsə də, lakin xətanın törədildiyi yer və vaxt protokolda öz əksini tapmamış, həmin protokola baxan səlahiyyətli orqan isə bu hallara diqqət yetirmədən 4 saylı meşəbəyiliyinin 14 saylı meşə dolayının 145-ci kvartalında 59 ədəd müxtəlif cinsli ağacların Aydın Binyətov tərəfindən kök azından kəsilməsi qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati xətanı törətməkdə təqsirinin olub-olmamasını müəyyən etmək inzibati xəta haqqında protokola baxan səlahiyyətli orqanın birbaşa vəzifəsidir. Şəxsin əməlində törədilmiş inzibati xəta üzrə təqsirinin müəyyən edilməsi inzibati xətanın 4 elementindən birinin, yəni subyektiv cəhətinin tərkib hissəsidir ki, bunun da olmaması əməldə inzibati xəta tərkibinin olmasını istisna edən haldır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkib bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin hallar inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1 saylı RETSİ tərəfindən 24 dekabr 2024-cü il tarixli qərar qəbul edilərkən qeyd edilən hallar, yəni X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən sonuncunun İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair mötəbər sübutların təqdim edilməməsinə diqqət etməmişdir. İXM-nin: 53.2-ci maddəsində göstərilir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir («Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiyaya qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, 1 saylı ETSİ-nin rəisi Ceyhun Hüseynovun 24 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və X2 barəsində İMX-nin 253.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 24 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və X2 barəsində İXM-nin 253.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar