Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-66/2023 20.04.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 Xanoğlan oğlunun sədrliyi , Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə. "Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən "Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxs tibbi tullantıların idarə olunması qaydalarını pozmuş və tibbi tullantıların 2023-cü ilin fevral və mart aylarında aidiyyəti təşkilatlarla daşınmasından ötrü müvafiq müqavilə olmadığına görə formalaşan tibbi tullantıların müəssisənin zirzəmisində saxlanılması müəyyən edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş məktub, inzibati xəta haqqında protokol və digər sənədlərə əsasən Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxs tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması aşkar edilməsi qənaətinə gəlinmişdir. Bu səbəblə "Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması haqqında inzibati xəta üzrə icraat açılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin nümayəndəsi X2 məhkəmə iclasında göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin keçirdiyi tender nəticəsində tullantıları təhvil veriləcək təşkilat müəyyən olunmadığından, 01 yanvar 2023-cü ildən 03 aprel 2023-cü ilədək olan tullantılar qapalı və lazımi şəraitdə saxlanmışdır. 03 aprel 2023-cü il tarixdə "xxxx" MMC ilə müqavilə bağlanmış və 05 aprel 2023-cü il tarixdə tullantılar təhvil verilmişdir. Bu barədə aidiyyəti sənədləri məhkəməyə təqdim edərək, "Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasını yeri və vaxtı barədə vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MN-1762250 nömrəli, 29.03. 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxs tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması qeyd olunmuşdur. 78946-237/xx.xx.2023 nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanda yerləşən "Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxs tibbi tullantıların idarə olunması qaydalarını pozmuş və tibbi tullantıların 2023-cü ilin fevral və mart aylarında aidiyyəti təşkilatlarla daşınmasından ötrü müvafiq müqavilə olmadığına görə formalaşan tibbi tullantıların müəssisənin zirzəmisində saxlanılması müəyyən edilmişdir. İTSDA-ES-23/23 nömrəli, xx.xx.2023-cü il tarixli Mallar(işlər və xudmətlər) üzrə satınalma müqaviləsindən görünür ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Biriliyi (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tubb müəssisələrindən hasil olan müxtəlif növ (B,C və D sinfi üzrə ) tibbi tulantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması məqsədi ilə “Tibbi Sığorta üzrə Dövlət Agentliyi” ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. 05 və 08 aprel 2023-cü il tarixli tullantıların təhvil verilməsi haqqında qəbzlərdən görünür ki, "Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxs tərəfindən müxtəlif növ (B,C və D sinfi üzrə ) tibbi tulantılar "xxxx" MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 53.2.-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli şəxsləri “Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarını yoxlayarkən geniş araşdırma aparmamamışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin keçirdiyi tender nəticəsində tullantıları təhvil veriləcək təşkilat müəyyən olunmadığından, 01 yanvar 2023-cü ildən 03 aprel 2023-cü ilədək olan tullantılar qapalı və lazımi şəraitdə saxlanmışdır. 03 aprel 2023-cü il tarixdə "xxxx" MMC ilə müqavilə bağlanmış və 05 aprel 2023-cü il tarixdə tullantılar "Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxs tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Bununla da "Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin inzibati xəta tərkibi yaradan təqsirinin olmadığı müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli şəxslərinin "Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxs barədə gədiyi nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Belə olan halda Azərbaycan Respublikası İXM-in 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsir müəyyən olunmadığı üçün həmin Məcəllənin 53.2.-ci maddəsinə əsasən "Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanması qanunsuz olmuş, bu səbəblə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: "Yardımlı rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 266.2-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətinə Yardımlı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(038)-66/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-66/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver