Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-67/2023 20.04.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 Xanoğlan oğlunun sədrliyi , Məhkəmə iclasının katibi X8 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxxxxx 1951-ci ildə Yardımlı rayonu Avaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Avaş kəndində qeydiyyatda olan və yaşayan; Şəxs barəsində Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan atasından qalma 16 kalibrli, ИЖ markalı, Ж-20794 nömrəli təklülə ov tüfəngini Yardımlı rayonu Avaş kəndində özünə məxsus yaşayış evində saxlamaqla mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması qaydalarını pozmuşdur. Bu səbəblə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta icraatı açılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Yardımlı rayonun Avaş kəndində yaşayır. 01 aprel 2023-cü il tarixdə saat təxminən 12 radələrində DSX-nin və Yardımlı rayonu polis şöbəsinin əməkdaşları yaşadığı evə onun icazəsi ilə baxış keçirərkən atasından qalan 1952-ci il istehsallı, 16 kalibrli, ИЖ markalı, Ж-20794 nömrəli təklülə ov tüfəngini aşkar etmişlər. Həmin vaxt silahın sənədlərini tapa bilmədiyindən, polsi şöbəsində onun barəsində protokol tərtib edilmişdir. Faktiki olaraq tüfəngin sənədi, ovçuluq barədə üzvülük bileti vardır. Həmin sənədlər 1952-ci il istehsallı, 16 kalibrli, ИЖ markalı, Ж-20794 nömrəli ov silahına aiddir. O, silahın sənədlərini məhkəmə iclasında təqdim edərək silahı atasından yadigar kimi saxladığından və onun üçün xüsusi əhəmiyyət kəsb etdiyindən ona qaytarılmasını xahiş etdi. İş materiallarında olan Yardımlı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1 tərtib etdiyi 18 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Avaş kənd sakini Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə icraat açılmışdır İş materiallarında olan Yardımlı rayon Polis şöbəsinin 18 aprel 2023-cü il tarixli 3- 12/116/2-2538/2023 saylı məktubundan görünür ki, 1952-ci il istehsallı, 16 kalibrli, ИЖ markalı, Ж-20794 nömrəli silah Yardımlı rayon Polis şöbəsində saxlanılır. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ovçuluq haqqında üzvülük vəsiqəsindən görünür ki, 1952-ci il istehsallı ov silahı ovçuluq üzrə 23 dekabr 1954-cü ildə qeydiyyata alınmışdır. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş silahın pasportundan görünür ki, həmin sənəd 1952-ci il istehsallı, 16 kalibrli, ИЖ markalı, Ж-20794 nömrəli ov tüfənginə aiddir. Beləliklə bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri yoxdur. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Belə ki, o, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Həmin Məcəllənin 26.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs silah saxlamaq və daşımaq üçün müvafiq dövlət orqanı tərəfindən verilmiş xüsusi icazəsi vardır və ona görə də məhkəmə hesab edir ki, ondan götürülmüş 1952-ci il istehsallı, 16 kalibrli, ИЖ markalı, Ж-20794 nömrəli təklülə ov tüfəngi Şəxs qaytarılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, təqsirlilik dərəcəsini, törətdiyi xətanın xarakterini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinin sanksiyasına uyğun olaraq 1952-ci il istehsallı, 16 kalibrli, ИЖ markalı, Ж- 20794 nömrəli təklülə ov tüfəngi müsadirə edilməməklə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən məhkəmə inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Masallı rayon polis şöbəsinin səlahiyyətli şəxslərinin İbrahim Babyiyev barədə gədiyi nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Onun əməli İnzibati Хətalar Məcəlləsinin 590.1-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 590.1-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 590.1.-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinib, 1952-ci il istehsallı, 16 kalibrli, ИЖ markalı, Ж-20794 nömrəli təklülə ov tüfəngi müsadirə edilməməklə, əlli manat məbləğdə cərimə edilsin. Yardımlı rayon Polis Şöbəsində saxlanılan bir ədəd 1952-ci il istehsallı, 16 kalibrli, ИЖ markalı, Ж-20794 nömrəli təklülə ov tüfəngi Şəxs qaytarılsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya şöbəsinə və Yardımlı rayon Polis Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətinə Yardımlı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(038)-67/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-67/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver