Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-68/2023 20.04.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 Xanoğlan oğlunun sədrliyi , Məhkəmənin iclas katibi X8 oğlunun katibliyi, Zərərçəkmiş şəxs, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xudaşirin oğlunun iştirakı ilə. 13 avqust 1986-ci ildə Yardımlı rayonu Zenqaran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Zenqaran kəndində qeydiyyatda olan və yaşayan Şəxs Xudaşirin oğlunun barəsində Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə müəyyən etdi: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 20 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Zenqaran kənd sakini Şəxs Xudaşirin oğlu 11 aprel 2023-cü il tarixdə saat 19 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs söyüb təhqir edərək xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bununla da Şəxs Xudaşirin oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xudaşirin oğlu məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, aralarına yola görə mübahisələri olduğundan Zərərçəkmiş şəxs ona qarşı Yardımlı rayon Polis Şöbəsinə qərəzli şəkildə müraciət etmişdir. O, Zərərçəkmiş şəxs təhqir etməmiş və ona qarşı ictimai qaydanı pozan hər hansı hərəkətlər etməmişdir. Şəxs Xudaşirin oğlunun inzibati xəta törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X1 məhkəmə iclasında verdikləri izahatlar və iş materialları ilə də təsdiq olunur. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, Şəxs Xudaşirin oğlu ilə qonşudur. 11 aprel 2023-cü il tarixdə təxminən saat 19 radələrində aralarında yola görə olan narazılıq vaxtı Şəxs Xudaşirin oğlu onun ünvanına nalayiq sözlər işlədərək, səs küy salıb ictimai qaydanı pozmuşdur. Göstərdiklərini nəzərə alaraq Şəxs Xudaşirin oğluna qanuna müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Yardımlı rayonu Zenqaran kəndində yaşayır. 11 aprel 2023-cü il tarixdə təxminən saat 19 radələrində sahədən evə qayıdarkən uzaqdan Şəxs Xudaşirin oğlunun anası Zərərçəkmiş şəxs ilə yola görə mübahisə etdiklərini görmüş və Fərid Manfovun anasını söyüb təhqir etdiyini eşitmişdir. Mübahisə Şəxs yolu bağlayaraq, iti yolda zəncirlədiyinə görə olmuşdur. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Zenqaran kənd sakini Şəxs Xudaşirin oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs Xudaşirin oğlunun əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında iş aidiyyəti üzrə Yardımlı rayon məhkəməsinə göndərilmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Xudaşirin oğlunun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs Xudaşirin oğlunun əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs Xudaşirin oğlunun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 31.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Xudaşirin oğlu Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 20 aprel 2023-cü il tarixdən, saat 15:40-dan hesablansın. Qərarın icrası Yardımlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(038)-68/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-68/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver