Məhkəmə qərarları › İş №3(038)-70/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-70/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-70/2023 27.04.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Yardımlı rayon Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi , X8 oğlunun katibliyi, Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X7, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1962-ci ildə Yardımlı rayonu Avin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, alitəhsilli, evlı, Avin kənd ümumi orta məktəbində direktor əvəzi işləyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Avin kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Yardımlı rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baхaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 27 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 mart 2023-cü il tarixdə, saat 10 radələrində Avun məktəbində şəxsi münasibətlər zəminində aralarında baş vermiş narazılıq zamanı X2 döyərək xəsarətlər yetirmişdir. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 29 mart 2023-cü il tarixdə, saat 10 radələrində qardaşı X5 onu söydüyünə görə aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı Şəxs xəsarət almışdır. Səhvini başa düşmüş, zərərçəkmiş şəxs Şəxs üzr istəyərək onunla barışmışdır. Zərərçəkmiş şəxs Şəxs ilə barışması barədə ərizəsini məhkəməyə təqdim edərək ona rəhm edilməsini və onun barəsində olan inzibati materiala xitam verilməsini xahiş edir. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs Şəxs ifadə verərək göstərdi ki, Şəxs onun qardaşıdır. 29 mart 2023-cü il tarixdə, saat 10 radələrində qardaşı Şəxs ilə aralarında mübahisə yaranmışdır. Mubahisə zamanı qardaşı Şəxs ilə qardaşı oğlu X8 onu döymüşlər və o, müxtəlif xəsarətlər almışdır. Hadisədən sonra qardaşı Şəxs ondan üzr istəmiş və o da Şəxs bağışlamışdır. Hazırda Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs ilə barışması barədə ərizəsini məhkəməyə təqdim edərək Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X10 göstərdi ki, 29 mart 2023-cü il tarixdə Yardımlı rayon Avun kənd sakini X5 AR DİN-ni 102 XZM-nə məlumat verərək həmkəndliləri Şəxs və X8 tərəfindən döyülərək xəsarət aldığını bildirmiş, məlum əsasında Yardımlı rayon X12 Qrupunda təhqiqat aparılmış, toplanmış materiallar üzrə vətəndaşlar Şəxs və X3 əməllərində cinayət tərkibi olmadığından onların barələrində cinayət işinin başlanması rədd edilmiş, əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu üçün qərarın surəti inzibati qaydad tədbir görülməsi üçün Yardımlı rayon X14 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. 27 aprel 2023-cü il tarixdə, Şəxs və X3 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həm tarixdə üzrə toplanmış inzibati xəta haqqında materiallar aidiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Yardımlı rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Yardımlı rayon X12 Qrupunun baş təhqiqatçısı, polis polkivnikleytenantı X6 18 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, toplanmış materiallar üzrə vətəndaşlar Şəxs və X3 əməllərində cinayət tərkibi olmadadığı üçün onların barələrində cinayət işinin başlanması rədd edilmiş, əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu üçün qərarın surəti inzibati qaydad tədbir görülməsi üçün Yardımlı rayon X14 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında Yardımlı rayon polis şöbəsinin rəisi, polis polkovniki Babaşov Rauf Cəfər oğlunun 27 aprel 2023-cü il tarixli MN ******* nömrəli qərardadının surətindən görünür ki, vətəndaşlar Şəxs və X3 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə toplanmış inzibati xəta haqqında materiallar aidiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Yardımlı rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Yardımlı rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X7 tərtib etdiyi 27 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin canlı şəxsin ekspertizası barədə 29 mart 2023-cü il tarixli, 17 nömrəli ekspert rəyinin surətindən görünür ki, 1965-ci ildə doğulmuş vətəndaş X4 bədənində müəyyən edilmiş xəsarətlər –boyun,sağ və sol said və sol əl nahiyyələrinin sıyrıqları bərk küt əşyanın /əşyaların/ təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni 29 mart 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X4 27 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 27 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, o, səhvini başa düşmüş, hərəkətindən peşmandır, zərərçəkmiş şəxs X15 ilə barışmış və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, X3 hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati xəta tərətmiş şəxs Şəxs törətdiyi əməldən səmimi peşmandır, ilk dəfə inzibati məsuliyyətə cəlb edilir və zərərçəkmiş şəxslə barışmışdır. Yaşadıqları ərazidə mənfi xarakterizə edilməsi barədə heç bir sübut iş materialında yoxdur. Şəxs törətdiyi əməldən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, zərərçəkmiş şəxs X9 ilə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını və iş üzrə icraata xitam verilməsini xahiş etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53 və 105.1-ci maddəsinə əsasən xitam verilməsi məqsədə uyğundur. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 53, 43, 48-51, 105, 114,115,117, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar