Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-71/2023 27.04.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X14 sədrliyi , X32 katibliyi, Zərərçəkmiş şəxslər X1 və X6, İnzibatı xəta törətmiş şəxs Şəxs Məmmədcəfər oğlunun iştirakı ilə, xx xxxxxxx 1965-ci ildə Yardımlı rayonu Avun kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, Avin kənd ümumi orta məktəbində müəllim işləməyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Avun kəndində qeydiyyatda olan və yaşayan Şəxs Məmmədcəfər oğlunun barəsində Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon Polis Şöbəsindən daxil olmuş 27 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Məmmədcəfər oğlu 29 mart 2023-cü il tarixdə saat 10 radələrində Avun məktəbində şəxsi münasibətlər zəminində aralarında baş vermiş narazılıq zamanı X2 və X7 qarşı ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs Məmmədcəfər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məmmədcəfər oğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yardımlı rayon Avun kəndində yaşayır. Avin kənd ümumi orta məktəbində müəllim işləyir. X4 onun qardaşı, X10 isə qardaşı oğludur. 29 mart 2023-cü il tarixdə saat 10 radələrində Avun məktəbində şəxsi münasibətlər zəminində onların aralarında baş vermiş narazılıq zamanı X4 və X10 onu döyərək xəsarətlər yetirmişlər, eyni zamanda o da əsəbləşərək, Babacəfər və Elnuru söymüşdür. Səhvini başa düşmüşdür, hərəkətindən peşmandır. Zərərçəkmiş şəxslər X5 və X10 ilə barışmışdır. Zərərçəkmiş şəxslərlə barışması barədə ərizəsini məhkəməyə təqdim edərək ona yüngül cəza verilməsini xahiş edir. Şəxs Məmmədcəfər oğlunun inzibati xəta törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslər X3 və X6 məhkəmə iclasında verdiyi izahatı və iş materialları ilə də təsdiq olunur. Belə ki, zərərçəkmiş şəxs X5 məhkəmə iclasında ifadəsində göstərdi ki, Şəxs Məmmədcəfər oğlu onun qardaşıdır. 29 mart 2023-cü il tarixdə saat 10 radələrində Avun məktəbində şəxsi münasibətlər zəminində onların aralarında baş vermiş narazılıq zamanı Şəxs Məmmədcəfər oğlu onu söymüşdür. Hazırda onlar barışmışlar, Şəxs şikayəti və tələbi yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs Məmmədcəfər oğlu ilə barışması barədə ərizəsini məhkəməyə təqdim edərək Şəxs Məmmədcəfər oğluna yüngül cəza verilməsini xahiş edir. zərərçəkmiş şəxs X11 məhkəmə iclasında ifadəsində göstərdi ki, Şəxs Məmmədcəfər oğlu onun əmisidir. 29 mart 2023-cü il tarixdə saat 10 radələrində Avun məktəbində şəxsi münasibətlər zəminində onların aralarında baş vermiş narazılıq zamanı Şəxs Məmmədcəfər oğlu onu söymüşdür. Hazırda onlar barışmışlar, Şəxs şikayəti və tələbi yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs Məmmədcəfər oğlu ilə barışması barədə ərizəsini məhkəməyə təqdim edərək Şəxs Məmmədcəfər oğluna yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayonu Avun kənd sakini Şəxs Məmmədcəfər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli MN 015035 nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs Məmmədcəfər oğlunun əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında iş aidiyyəti üzrə Yardımlı rayon məhkəməsinə göndərilmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Məmmədcəfər oğlunun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs Məmmədcəfər oğlunun əməlindən səmimi peşman olması, zərərşəkmiş şəxslərin ondan şikayətçi olmaması məsuliyyətini yüngülləşdirən hallardır. Şəxs Məmmədcəfər oğlunun əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs Məmmədcəfər oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğundur. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Məmmədcəfər oğlu Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: H1
Məhkəmə qərarları › İş №3(038)-71/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-71/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver