Məhkəmə qərarları › İş №3(038)-76/2023

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-76/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-76/2023 06.06.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Barəsində inzibati icraat olan şəxs Şəxs iştirakı ilə. xx xxxxx 1982-ci ildə Yardımlı rayonu Köryədi kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Yardımlı rayon İHB-nin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləyən, Yardımlı rayonu Köryədi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsindən daxil olmuş MN ******* nömrəli 20 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Yardımlı rayon İcra Hakimiyyəti tərəfindən Yardımlı rayonu Şəfəqli kəndində qeyri-yaşayış (ticarət) obyektinin istismarına icazə verilmiş, lakin məlumatlar Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməmiş və təqdim edilməmiş, bununla da Şəxs Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Yardımlı rayon İHB-nin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləyir. Yardımlı rayon İcra Hakimiyyətinin 15 iyul 2022-ci il tarixli 02 nömrəli istismara icazə sənədi ilə X1 Yardımlı rayonu Şəfəqli kəndində yerləşən qeyri yaşayış obyektinin isitismarına icazə verilmişdir. Lakin iş qrafikinin gərgin olması ilə əlaqədar istismara verilmiş obyekt barədə məlumatları Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura komitəsinə qanunla müəyyən edilmiş müddətə göndərə bilməmişdir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasını yeri və vaxtı barədə vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs inzibati xəta törətməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin 27 aprel 2023-cü il tarixli, 3-35/2-2174/2023 nömrəli məktubu və iş materialları ilə də təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin 20 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Yardımlı rayon İcra Hakimiyyiəti tərəfindən Yardımlı rayonu Şəfəqli kəndində qeyri-yaşayış (ticarət) obyektinin istismarına icazə verilmiş, lakin obyekt barədə məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura komitəsinə qanunla müəyyən edilmiş müddətə göndərilməmiş və ya təqdim edilməmiş, bununla da Şəxs Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. İnzibati xəta tərətmiş şəxs Şəxs əməlində inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsinin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar