Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-83/2024 04.04.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X11 sədrliyi, K1 katibliyi, Yardımlı rayon prokurorunun böyük köməkçisi,İİİ dərəcəli hüquqşunas X2, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1959-cu ildə Yardımlı rayonu, Arus kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evlı, Yardımlı rayon tam orta məktəbində kimya müəllimi vəzifəsində işləyən , əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu, Arus kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Yardımlı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayon prokurorluğundan daxil olmuş 03 aprel 2024-cü il tarixli inzibati xəta haqqında icraatın başlanması haqqında qərardadan görünür ki, Şəxs 26 fevral 2024-cü il tarixdə Yardımlı rayonu Arus kənd sakini xx xxxxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı zor zorakı hərəkətlər etməklə ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yardımlı rayon prokurorunun böyük köməkçisi, İİİ dərəcəli hüquqşunas X8 göstərdi ki, Yardımlı rayonu Arus kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Resbuplikası Daxili İşlər Nazirliyinin 102 xidmət zəng mərkəzinə müraciət edərək oxuduğu məktəbin müəllimi Şəxs tərəfindən döyülməsini bildirmiş, qeyd edilən müracəit əsasında Yardımlı RPŞ-də toplanmış materiallar aidiyyəti üzrə Yardımlı rayon Prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu üçün inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək inzibati xəta haqqında materiallar aidiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Yardımlı rayonu Arus kənd tam orta məktəbində kimya müəllimi vəzifəsində işləyir. 26 fevral 2024-cü il tarixdə o və digər müəllimlər Ramil Mirzəyev, Kazım Şahbazalıyev növbətçi-müəllim olduqları vaxt saat 10 radələrində, böyük tənəffüs zamanı dəhlizdə məktəbin şagirdləri Zərərçəkmiş şəxs və Elgiz Talıbovun dalaşdıqlarını görmüşdır. Ramil müəllimi səsləmiş və Ramil müəllim gəlb onları ayırmışdır. Afiqi və Elgizi məktəbin direktorunun otağına apararkən Ramil müəllim Elgizin qolundan, o isə Afiqin qolundan tutmuşdur. Niyyəti onları dalaşmağa qoymamaq olmuşdur. Hərəkətindən peşimandın, səhvini başa düşmüşdür. Zərərçəkmiş şəxs ilə barışması barədə ərizəsini məhkəməyə təqdim edərək onun barəsində olan inzibati materiala xitam verilməsini xahiş edir. Məhkəmə iclаsındа Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Yardımlı rayon Arus kənd tam orta məktəbinin 7-ci sinfində oxuyur. 26 fevral 2024-cü il tarixdə tənəffüs zamanı 8-ci sinif şagirdi X7 ilə aralarında mübahisə yaranmış, əlbəyaxa olaraq yerə yıxılmışlar, həmin vaxt məktəbin müəllimi Ramil onları ayırmış, sonra onları direktorun otağına aparan zaman Şəxs onun qolundan tutub sıxaraq xəsarət yetirmişdir. Hadisədən sonra onlar barışmışlar. Hazırda Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta törətmiş şəxslə barışmasını nəzərə alaraq Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclаsındа Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X9 ifadə verərək göstərdi ki, oğlu Afiq Yardımlı rayon Arus kənd tam orta məktəbinin 7-ci sinfində oxuyur. 26 fevral 2024-cü il tarixdə tənəffüs zamanı 8-ci sinif şagirdi Elgiz Talıblı ilə oğlu Afiq arasında mübahisə yaranmış və onlar dalaşmışlar. Məktəbin müəllimi Ramil onları ayırıb direktorun otağına aparan zaman Şəxs Afiqin qolundan tutub sıxaraq oğluna xəsarət yetirmişdir. Hazırda onlar barışmışlar. Şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur. İnzibati xəta törətmiş şəxslə barışdıqlarını nəzərə alaraq Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Yardımlı rayon prokurorunun müstəntiqi, İİ dərəcəli hüquqşunas X10 tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində inzibatə xəta haqqında iş üzrə icraatın başlanması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. İş materiallarında olan Yardımlı rayon prokuroru , baş ədliyyə müşaviri X1 tərtib etdiyi 03 aprel 2024-cü il tarixli inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamış, qərar və toplanmış materail Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi üçün Yardımlı rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin canlı şəxsin ekspertizası barədə 27 fevral 2024-cü il tarixli, 15 nömrəli ekspert rəyinin surətindən görünür ki, 2011-ci ildə doğulmuş vətəndaş X5 bədənində müəyyən edilmiş xəsarət-sol yuxarı ətrafin bazu hissəsinin yuxarı 1/3-İ nahiyyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni 26 fevral 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar məsuliyyəti yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati xəta tərətmiş şəxs Şəxs törətdiyi əməldən səmimi peşmandır, ilk dəfə inzibati məsuliyyətə cəlb edilir və zərərçəkmiş şəxslə barışmışdır. Yaşadıqları ərazidə mənfi xarakterizə edilməsi barədə heç bir sübut iş materialında yoxdur. Şəxs törətdiyi əməldən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını və iş üzrə icraata xitam verilməsini xahiş etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53 və 105.1-ci maddəsinə əsasən xitam verilməsi məqsədə uyğundur. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 53, 43, 48-51, 105, 114,115,117, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X1
Məhkəmə qərarları › İş №3(038)-83/2024
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-83/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver