Məhkəmə qərarları › İş №3(038)-84/2024

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-84/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-84/2024 16.04.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X3 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1987-ci ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yardımlı şəhəri ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində 102 xidmətinə zəng edərək ölkə rəhbərliyini, polisin və məlumatı qəbul edən polis əməkdaşının ünvanın təhqiredici ifadələr işlətmiş, onu intizama dəvət edən polisin qanuni tələbini qəsdən pozduğuna görə sonuncu barəsində Yardımlı RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 16 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 bildirmişdir ki, Yardımlı şəhər sakini Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində 102 xidmətinə zəng edərək qonşusu tərəfindən döyüldüyün bildirmiş, hadisə yerinə polis əməkdaşları gəlmədiyinə görə polis əməkdaşı ilə telefonda aralarında mübahisə olmuş, ölkə rəhbərliyini, polisin və məlumatı qəbul edən operatorun ünvanın təhqiredici ifadələr işlətmiş, onu intizama dəvət edən polisin qanuni tələbini qəsdən pozduğuna görə Şəxs barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində ********** nömrəli mobil telefonuna 102 xidmətinə zəng vuraraq qonşusu tərəfindən döyüldüyün bildirmiş, hadisə yerinə polis əməkdaşları gəlmədiyinə görə ona cavab verən polis əməkdaşı ilə telefonda aralarında mübahisə olmuşdur. Həmin vaxt o polisin ünvanına nalayiq ifadələr etməmişdir. Özünü təqsirli bilir. Himayəsində 5 azyaşlı uşağı vardır və hə\min uşaqları arvadı ilə birlikdə böyüdür. Barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Əlilliyi yoxdur. Bir daha belə əməllərə yol verməyəcəkdir. İş materiallarında ilan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 15 aprel 2024-cü il tarixdən saat 13:00-da inzibati qaydada tutulmuşdur. İXM-nin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun etirafedici izahatı ilə yanaşı inzibati xəta haqqında protokol və işdə olan sənədlərlə tam təsdiq olunur, lakin onun əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində 102 xidmətinə zəng vuraraq qonşusu tərəfindən döyüldüyün bildirmiş, hadisə yerinə polis əməkdaşları gəlmədiyinə görə polis əməkdaşı ilə telefonda aralarında mübahisə olmuş, polisin ünvanına nalayiq ifadələr işlətməklə onu intizama dəvət edən polisin qanuni tələbini qəsdən pozmuşdur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İXM-nin 75-ci maddəsinə əsasən: inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən: 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanı pozan hərəkətlərin mövcudluğu məhkəmə iclasında verilmiş izahat, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə sübuta yetirilmir. Belə ki, istər inzibati xəta haqqinda protokoldan, istərsə də Şəxs izahatından sonuncunun polis əmkdaşına qarşı nalayiq ifadələr işlətməsi ictimai yerdə deyil, onun yaşadığı evdə həyata keçirdiyi müəyyən olunur ki, bu da İXM-nin 510-cu maddəsinin tərkibini yaratmır. Buna görə də Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsiri özünün, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 aprel 2024-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar