Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-91/2025 30.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1985-ci ildə Yardımlı rayonu, Avaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşgul olan, əlilliyi olmayan, Yardımlı rayonu Avaş kəndində yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin 2(038)-333/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(038)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 30 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Yardımlı rayonu, Avaş kəndində yaşayır. Borc əvəlldən yığılıb qalan borcdur və xəstə olduğundan borcunu tam ödəyə bilməmiş, ara-sıra ödənişlər etmişdir. 2024-cü ilin noyabr ayında 300 manat, 2025-ci ilin yanvar ayında isə 600 manat ödəmişdir, yaxın vaxtlarda borcunu tam ödəyəcəyini bildirdi. Göstərdiklərini nəzərə alınmasını və ona vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, İmanov X4 Rayon Məhkəməsinin 2(038)-333/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(038)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələri üzrə icra sənədlərini icra etməmişdir. Cavabdeh aliment borcundan əvvəl də ara-sıra ödənişlər etmiş, 2024-cü ilin noyabr ayında 300 manat, 2025-ci ilin yanvar ayında isə 600 manat ödəmişdir. Lakin tələbkar şikayətçi olduğundan barəsində protokol tərtib edilərək Yardımlı Rayon Məhkəməsinə təqdim edilmişdir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı Rayon Məhkəməsinin 2(038)-333/2018 saylı, xx.xx.2018-ci il tarixli il tarixli icra sənədindən görünür ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 100 manat, ümüumilikdə hər ay 200 manat sabit pul məbəğində aliment cavabdeh Şəxs Əlküşad oğlundan alınaraq iddiaçı X7 ödənilməlidir. Yardımlı Rayon Məhkəməsinin 2(038)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Yardımlı Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(038)-333/2018 saylı qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 üçün müəyyən edilmiş aliment miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 150 manat müəyyən olunmaqla cavabdeh Şəxs Əlküşad oğlundan alınaraq iddiaçı X7 ödənilməlidir. İcraata başlamaq haqqında qərarlardan görünür ki, icra sənədləri üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surətləri Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını Yardımlı Rayon Məhkəməsinin 2(038)-333/2018 saylı, xx.xx.2018-ci il tarixli və 2(038)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs əməlində o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu məhkəmə və digər orqanların icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş olsun və ya qərarların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş olsun, yəni inzibati xəta tərkibinin obyektiv cəhəti şəxsin icra sənədini üzrsüz səbəbdən – qərəzli olaraq icra edilməməsində əks olunur. Lakin hazırki işin hallarından isə müəyyən olunur ki, Şəxs əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Belə ki, sonuncuya tərtib edilmiş inzibati protokoldan görünür ki, Şəxs üzrsüz səbəbdən icra sənədinin icra etməməsi təqdim edilmiş sənədlər və icra məmurunun izahatı ilə öz təsdiqini tapmır. Belə ki, həm protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin, həm də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarından da müəyyən olunur ki, Şəxs 2024-cü ilin noyabr ayında 300 manat, 2025-ci ilin yanvar ayında isə 600 manat ödəmiş və beləliklə də icra sənədinin qismən icra etmişdirdir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibinin obyektiv cəhəti - inzibati xəta tərkibi mövcud olmadığından, yəni icra sənədinin qərəzli olaraq icra etməməsi sübuta yetirilmədiyindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(038)-91/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-91/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver