Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-92/2023 12.06.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Barəsində inzibati icraat olan şəxs Şəxs iştirakı ilə. xx xxxxxx 1971-ci ildə Yardımlı rayonu Zeynələzir kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Yardımlı rayonu Zeynələzir kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikası Qida X1-Astara regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida X1-Astara regional bölməsindən daxil olmuş MN ******* nömrəli 19 may 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “Deman” istirahət mərkəzinə LRBPK-23/050 nömrəli 18 may 2023-cü il tarixli yoxlama aparılması haqqında qərara əsasən 19 may 2023-cü il tarixdə sahibkar Şəxs istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilmiş və ya həmin məqsədlə səlahiyyətli şəxsləri yoxlama yerinə buraxmamış, həmin şəxslərin qanuni tələblərinin yerinə yetirməmiş, bununla da Şəxs Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, “Deman” istirahət mərkəzində 18 may 2023-cü il tarixdə bir neçə nəfər ona yaxınlaşmış, Qida X1-Astara regional bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Özlərini təqdim etdikdən sonra “Deman” istirahət mərkəzində yoxlama aparacaqlarını bildirmişlər, o isə gözətçi işlədiyini, mərkəzin fəaliyyət göstərmədiyini bildirmiş və bu səbəbdən əvvəlcə onları istirahət mərkəzinə buraxmamış, daha sonra içəri girib baxış keçirdərək protokol tərtib etmişlər. Məhkəmə iclasını yeri və vaxtı barədə vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası Qida X1-Astara regional bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə Azərbaycan Respublikası Qida X1-Astara regional bölməsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Şəxs “Deman” istirahət mərkəzinə gözətçi işləməsi ilə bağlı izahatına qiymət verməklə hesab edir ki, onun bu bardə dedikləri özünü müdafiə xarakteri daşıyır. Belə ki, iş materiallarından görünür ki,Şəxs 08 fevral 2017-ci il tarixdən 6 saylı Ərazi Vergilər İdarəsində sahibkar kimi qeydiyyat alınmış və ona VÖEN ********** qeydiyyat nömrə ilə şəhadətnamə verilmişdir. Şəxs inzibati xəta törətməsi Azərbaycan Respublikası Qida X1-Astara regional bölməsin 19 may 2023-cü il tarixli, 3-44-8/2-887/2023 nömrəli məktubu və iş materialları ilə də təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1-Astara regional bölməsin 19 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Deman” istirahət mərkəzinə LRBPK-23/050 nömrəli 18 may 2023-cü il tarixli yoxlama aparılması haqqında qərara əsasən 19 may 2023-cü il tarixdə sahibkar Şəxs istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilmiş və ya həmin məqsədlə səlahiyyətli şəxsləri yoxlama yerinə buraxmamış, həmin şəxslərin qanuni tələblərinin yerinə yetirməmiş, bununla da Şəxs Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1-Astara regional bölməsinin əməkdaşlarının tərtib etdikləri aktdan görünür ki, Deman” istirahət mərkəzinə baxış keçirilərkən mətbəx hissədə vitrində müxtəlif növ alkoqollu və alkoqolsuz içkilərin, soyuducuda ət məhsullarının olduğu, tikilinin arxa hissəsində manqal və ət doğramaq üçün kötüyü aşkar edilmişdir. Manqalın üzərində kömür, kötüyün üzərində yenicə ət doğrandığına rast gəlinmişdir. Mətbəxdə olan zibil qabında qida qalıqları və istifadə olunmuş boş spirtili içki qabları aşkar edilmişdir Beləliklə, bütün sübutları cəm halda tədqiq edib qiymətləndirərək məhkəmə hesab edir ki, vəzifəli şəxs “Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri vardır. Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsində göstərilir ki, Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyası daxilində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: X5
Məhkəmə qərarları › İş №3(038)-92/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-92/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver