Məhkəmə qərarları › İş №3(038)-92/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-92/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-92/2025 31.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X15 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X5, həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X8 iştirakı ilə, X.X.1959-cu ildə Şirvan (Əli-Bayramlı) rayonu Vladimirovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaixtisas təhsilli, evli, pensiyaçı, Yardımlı rayonu Fındıqlı-Qışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı rayonu Arvana kəndi ərazisində 24 yanvar 2025-ci il tarixdə saaat 12 radələrində Yardımlı rayonu Arvana kənd sakin X1 ictimai qaydanı pozduğuna görə Şəxs barəsində polis şöbəsinin sahə rəisi X10 tərəfindən İXM-nin 510-cu maddəsi ilə 30 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin sahə rəisi X10 bildirmişdir ki, Şəxs şəxsi təsərrüfatına aid qoyunlarını Yardımlı rayonu Arvana kəndinin ərazisində otaran zaman həmin kənd sakinləri X9, Şahid1 Sadatxan oğlu, X11, X7 və Şahid2 ilə mübahisə etmiş, mübahisə zamanı X2 təhqir etmiş, hadisə ictimai yerdə olmuş, məsələ ilə bağlı araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və Şəxs ictimai qaydanın pozmasına görə barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirsiz hesab edərək bildirmişdir ki, 24 yanvar 2025-ci il tarixdə şəxsi təsərrüfatında olan qoyunları otaran zaman qoyunlar onun xəbəri olmadan dərənin o tayına keçmişlər, bu vaxt 3 nəfər Yardımlı rayonu Arvana kənd sakinləri ona yaxınlaşaraq qoyunlarını ərazidən uzaqlaşdırmağını bildirmişlər. O, heç kimi söyməmiş, hər hansı nalayiq ifadə işlətməmiş və onları təhqir etməmişdir. Buna görə də məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Yardımlı rayonu Arvana kəndində yaşayır, Arvan kənd orta məktəbində riyaziyyat, informatika müəllimi və eyni zamanda Arvana bələdiyyəsində sədr vəzifəsində işləyir. Son vaxtlar Yardımlı rayonu Arvana kəndi ərazisini Fındıqlı-Qışlaq kənd sakinləri mal-qaraları ilə otardıqlarına görə aralarında narazılıq olub, aidiyyəti üzrə orqanlara müraciətlər etmişlər. 24 yanvar 2025-ci il tarixdə saaat 12 radələrində Şahid1 Sadatxan oğlu, X11, X7 və Şahid2 ilə Yardımlı rayonu Fındıqlı-Qışlaq kənd sakini Şəxs Yardımlı rayonu Arvana kənduninin ərazisini otardığına görə əraziyə getmişlər. Şəxs şəxsi təsərrüfatında olan qoyunlarını kəndin otlaq sahəsini otardığına görə iradlarını bildirəndə Şəxs onun və Arvana kənd camaatının ünvanına söyüşlər söymüşdür. Sonra o, 102 zəng xidmətinə müraciət etmişdir. Şəxslə barışmamışdır. Odur ki, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, Yardımlı rayonu Arvana kəndində yaşayır, Arvan kənd orta məktəbində riyaziyyat müəllimi və eyni zamanda Arvana bələdiyyəsinin üzvüdür. 24 yanvar 2025-ci il tarixdə saaat 12 radələrində X9, Şahid1 Sadatxan oğlu, X11 və X7 ilə Yardımlı rayonu Fındıqlı-Qışlaq kənd sakini Şəxs Yardımlı rayonu Arvana kənduninin ərazisini otardığına görə əraziyə getmişlər. X4 Abbas Firudin oğluna şəxsi təsərrüfatında olan qoyunlarını kəndin otlaq sahəsini otardığına görə iradlarını bildirəndə Şəxs Əkbər Abazaliyevin və Arvana kənd camaatının ünvanına söyüşlər söymüşdür. Məhkəmə iclasında Şahid1 Sadatxan oğlu, X11 və X3 Şahid2 ifadəsinə uyğun izahatlar verərək onun göstərdikləri təsdiq etdilər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında icraatın başlamması barədə qərardan görünür ki, Şəxs əməlində İXM-nin 510-cü maddəsinin tərkibi olduğundan barəsndə inzibati xəta haqqında iş üzrə icraat başlamışdır. 30 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xətalar haqqında protokoldan görünür ki, vətəndaş Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında protokol tərtib edilərək Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 24 yanvar 2025ci il tarixdə saaat 12 radələrində Yardımlı rayonu Arvana kənd sakin X1 ictimai qaydanı pozmuş, bununla da İXM-nin 510-cu maddəsi ilə nəzərəd tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş və şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs tətbiq ediləcək tənbehlə bağlı aşağıdakıları qeyd edir. İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göründüyü kimi Şəxs 65 yaşına çatmış və onun barəsində inzibati həbs təhbeh tədbirinin tətbiq olunmasını qanunverici qadağan edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, altmış beş yaşına çatmasını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar