Məhkəmə qərarları › İş №3(038)-95/2025

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-95/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-95/2025 31.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, məhkəmə iclasının katibi XX katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin YPXİ-nin polis baş serjantı X5 iştirakı ilə, xx xxx 1960-cı ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Yardımlılı Kommunal Təsərrüfat idarəsində fəhlə işləyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1-ci və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiallara Yardımlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, göstərilənlərə əsasən, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 08:50 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan ««VAZ 21061 minik»» markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman ara məsafəsini qaydalarını pozaraq qarşıda hərəkətdə olan «Mercedes 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşaraq sonuncuya ziyan vurduğuna görə barəsində İXM-nin 327.1 və 332.4-cü maddələri ilə 31 yanvar 2025-ci il tarixli AP ******* saylı protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokola həmin hissədə qiymət verilməsini istisna edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Yardımlı rayon Polis Şöbəsinin YPXİ-nin polis baş serjantı X6 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 08:50 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olmuş və dərhal hadisə yerinə getmişdir. Hadisə yerində araşdırılma aparılmış və nəticədə Yardımlı şəhər sakini Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan həmin gün saat 08:50 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində «VAZ 21061 minik» markalı ** BC *** dövlət qeydiyyat nişanı avtomobil ilə hərəkətdə olan zaman ara məsafəsi qaydalarını pozaraq qarşıda hərəkətdə olan «Mercedes 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində İXM-nin 327.1 və 332.4-cü maddələri ilə 31 yanvar 2025-ci il tarixli AP ******* saylı protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, «VAZ 21061 minik» markalı ** BC *** dövlət qeydiyyat nişanı avtomobil onun sahibliyindədir. Arabir taksi fəaliyyəti ilə məşğul olur. Avtomobili idarə emək üçün sürücülük vəsiqəsi almamışdır. Həmin avtomobil ilə xx.xx.2025-ci il tarixdə saat 08:50 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində hərəkətdə olan zaman qarşıda hərəkət edən «Mercedes 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən saxlamış, həmin anda o ayağını əyləcə qoyub tormoz vermişdir. Lakin ara məsafəsi az olduğundan avtomobilin arxa hissəsindən vurub toqquşmuşdur. Hadisə zanamanı xəsarət alan olmamış, lakin avtomobilə maddi zərər dəymişdir. Maddi zərər barədə zərərçəkmişlə razılığı gələ bilməmilər. Odur ki, göstərilənləri nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilmədini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi «Mercedes 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025ci il tarixdə saat 08:50 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində hərəkətdə olan zaman arxadan gələn «VAZ 21061 minik» markalı ** BC *** dövlət qeydiyyat nişanı avtomobil onun avtomobilinin arxa hissəsindən vurub toqquşmuşdur. Hadisə zanamanı xəsarət alan olmamış, lakin onun idarə etdiyi avtomobilə maddi zərər dəymişdir. Maddi zərər barədə inzibati xəta törətmiş şəxslə razılığı gələ bilməmilər. Odur ki, göstərilənləri nəzərə alıb Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilmədini xahiş edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş: Yol-nəqliyyat hadisəsinin sxemindən, izahatlardan və digər sənədlərdən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan xx.xx.2025-ci il tarixdə saat 08:50 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində «VAZ 21061 minik» markalı ** BC *** dövlət qeydiyyat nişanı avtomobil ilə hərəkətdə olan zaman ara məsafəsi qaydalarını pozaraq qarşıda hərəkətdə olan «Mercedes 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomil vasitəsi ilə toqquşmuş və nəticədə «Mercedes 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomiə ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli, 7 və 8 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» barədə aktlardan görünür ki, Şəxs və X1 alkoqolun sərxoşluq vəziyyəti yoxdur. xx.xx.2025-ci il tarixli, 5 nömrəli «Qüsur aktı»ndan görünür ki, X2 idarə etdiyi «Mercedes 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilidə 1240 manat təşkil edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 08:50 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində idarə etmə hüququ olmadan «VAZ 21061 minik» markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman ara məsafəsi qaydalarını pozaraq qarşıda hərəkətdə olan «Mercedes 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomil vasitəsi ilə toqquşmuş və nəticədə «Mercedes 180 C minik» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə görə nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün və zərərçəkmiş şəxsin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, fərdi əməklə məşğul olmasını (sürücülük hüququ olmadan sərnişin daşıma ilə məşğul olması), həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alınaraq, barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 31 yanvar 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar