Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-97/2025 06.02.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ X12 sədrliyi, məhkəmə iclasının katibi XX katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Yardımlı rayonu Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşgul olan, əlilliyi olmayan, Yardımlı rayonu Alar kəndində qeydiyyatda olmaqlahəmin ünvanada yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(038)-64/2015 saylı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-613/2018 saylı, Bakı şəhəri 54 saylı Notariat ofisinin xüsusi notariusunun xx.xx.2024-cü il tarixli icra qeydini üzrsüz səbəbdən icra etmədiyinə və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən Şəxsın barəsində İXM-nin 528.1-ci maddəsi ilə 06 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 bildirmişdir ki, Şəxs barəsində Yardımlı rayon İcra və Probasiya şöbəsinin icraatına Yardımlı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(038)-64/2015 saylı icra sənədi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-613/2018 saylı icra sənədi və Bakı şəhəri 54 saylı Notariat ofisinin xüsusi notariusunun xx.xx.2024-cü il tarixli icra qeydi daxil daxil olmuşdur. İcra sənədləri üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildirişlər, icraata başlamaq haqqında qərarların surəti Şəxs göndərilmişdir. 2023-cü il tarixdə Şəxs barəsində İXM-nin 528.1-cü maddəsi ilə protokol tərtib edilərək Yardımlı Rayon Məhkəməsinə təqdim edilmiş, lakin Şəxs məhkəmənin cağırışlarına gəlmədiyindən barəsində olan inzibatə xəta haqqında protokola İXM-nin 38-cü maddəsinə əsasən, yəni müddətin başa çatması ilə əlaqədar xitam verilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs barəsində yenidən axtarış verilmiş və Şəxs Yardımlı rayon polis əməkdaşları tərəfindən saxlanılaraq Yardımlı rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Hazırda Şəxs hər üç icra sənədi üzrə borcu 6.802,78 manat təşkil edir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Yardımlı rayonu Alar kəndində qeydiyyatda olsa da Bakı şəhərində kirayədə yaşayır. İşləmədiyindən barəsidə olan icra sənədlərini icra etməmişdir. Göstərdiklərini nəzərə alaraq cərimə olunmasını xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(038)-64/2015 saylı icra sənədinə əsasən Şəxs 147 (bir yüz qırx yeddi) manat 05(beş) qəpik əsas borc. 50 (əlli) manat faiz borc.100 (bir yüz. altmış altı) manat 13 (on üç) qəpik cərimə borcu və 20 (iyirini) manat dövlət rüsumu- cəmi 383 (üç yüz səksən üç) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul alınaraq "xxxx" X9 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidr. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-613/2018 saylı icra sənədinə əsasən 15 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün 18 sentyabr 2017-ci il tarixdən hesablanaraq hər ay 154 (bir yüz əlli dörd) manat, 15 avqust 2015-ci il təvəllüdlü X2 üç yaşı tamam olanadək 50 (əlli) manat cavabdeh Şəxs tutularaq iddiaçı X3 xeyrinə verilməlidir. Bakı şəhəri 54 saylı Notariat ofisinin xüsusi notariusunun xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Şəxs 58 manat 00 qəpik (əlli səkkiz manat sıfır qəpik), bundan əlavə 47 manat 00 qəpik (qırx yeddi manat sıfır qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik (beş manat sıfır qəpik) olmaqla cəmi 135 manat pul Bank olmayan kredit təşkilatı X6 Cəmiyyətinin xeyrinə tutulmalıdır. İcraata başlamaq haqqında qərarlardan görünür ki, icra sənədləri üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarların surəti Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton Məhkəmə Portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-204/2023 saylı qərardadından görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilmiş və işin baxılması xx.xx.2023-cü il tarixə, saat 16:50 Yardımlı Rayon Məhkəməsinin binasında təyin edilmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-204/2023 saylı qərardadından görünür ki, işin baxılması 14 noyabr 2023-cü il tarixə saat 16:50-ə təyin edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 işin baxılması yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, Şəxs üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyindən işin məhkəmə baxışı iclası 16 noyabr 2023-cü il tarixə, saat 15:15-ə Yardımlı Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 16 noyabr 2023-cü il tarixə, saat 15:15-ə təyin edilmiş məhkəmə iclasına gətirilməsəsi qərara alınmışdır və qərardadın icrası Yardımlı rayon Polis Şöbəsinə həvalə edilmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-204/2023 saylı qərardadından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati-Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yardımlı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati protokola baxılma müddəti uzadılmış, məhkəmə iclası 30 noyabr 2023-cü il tarixə, saat 11:50-ə təyin edilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirakının təmin olunması üçün tədbirlər görülməsi qərara alınmışdır. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-204/2023 saylı qərardadından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraat dayandırılmışdır. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-204/2023 saylı qərardadından görünür ki, Şəxs Alihəsın oğlu Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə törətdiyi inzibati xətaya görə müddətin keçməsi səbəbindən məsuliyyətdən azad edilmiş və iş üzrə icraata xitam verilmışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə və digər orqanlar tərəfindən verilmiş icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda Şəxs barəsində 2023-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək Yardımlı Rayon Məhkəməsinə göndərilmiş, lakin Şəxs məhkəmənin çağırışlarına gəlməkdən yayınmış və müddətin keçməsi səbəbi ilə iş üzrə icraata xitam verilmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 25(iyirmi beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 fevral 2025-ci il tarixdən saat 12:55-dən hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(038)-97/2025
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-97/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver