Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(038)-98/2023 12.06.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 Əmir oğlunun sədrliyi, A1 katibliyi, Protokolu tərtib etmiş orqanın nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Yardımlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağlıarı olan, orta təhsilli, Yardımlı şəhəri, H.Əliyev porospekti 44 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 12 iyun 2023-cü il tarixdə, saat 17 radələrində Yardımlı şəhəri H.Əliyev prospektində idarə etdiyi “ VAZ2106 ” markalı, ** BB *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yardımlı Rayon Polis Şöbəsinin DYPB-nin YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 12 iyun 2023-cü il tarixdə, saat 17 radələrində Yardımlı şəhəri, H.Əliyev prospektində idarə etdiyi “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə saxlanılmış, yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Bu barədə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 12 iyun 2023-cü il tarixdə Yardımlı şəhərində kafedə nahar edərkən spirtli içki qəbul etmişdir. Saat 17 radələrində idarə etdiyi “VAZ2106” markalı, ** BB *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yaşadığı ünvana gedərkən Yardımlı şəhəri H.Əliyev prospektində nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə polis əməkdaşları saxlamış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Sərxoşluq dərəcəsinin yoxlanılmsası ilə bağlı onu həkim müayinəsinə aparmış və müayinə zamanı Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi aşkar olunmuşdur. imayəsində 3 az yaşlı uşaqları vardır. Birdə belə hallara yol verməyəcəkdir. Göstərdikləeriuni nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 12 iyun 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 iyun 2023-cü il tarixdə, saat 17 radələrində Yardımlı şəhəri, H.Əliyev prospektində idarə etdiyi “VAZ2106” markalı, ** BB *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi müəyyən edilmişdir. 12 iyun 2023-cü il tarixli, 41 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkaqol sərxoşluğu vardır. (Pr.m-1,690) Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı inzibati xəta haqqında protokolla, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 334.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən hal onun səmimi peşman olması və himayəsində 3 azyaşlı uşağının olmasıdır, inzibati tenbehi ağırlaşdıran hal yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hallar kimi himayəsində azyaşlı uşaqlarının olmasını, səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən X4
Məhkəmə qərarları › İş №3(038)-98/2023
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(038)-98/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver