Məhkəmə qərarları › İş №3(039)-10/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-10/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-10/2020 14.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, xx.xx.1979-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon icra və probasiya şöbəsində tərtib olunmuş iş materialları xx xxxx 2019-cu il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1738/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə yaranmış 2390 manat aliment borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclası xx xxxx 2019-cu il tarixə saat 18:20-ə Yevlax Rayon Məhkəmə binasına təyin edilmişdir. Məhkəmə iclasında borclu Şəxs aliment borcunu ödəmək üçün ona vaxt verilməsini və bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclası xx xxxxxx 2019-cu il tarixə saat 16:00-a salınmış və bu barədə Şəxs rəsmi məhkəmə bildirşi verilmişdir. Lakin xx xxxxxx 2019-cu il tarixdə Şəxs məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş edərək məhkəmə iclasına gəlməmişdir. Yevlax Rayon Məhkəməsinin 3(039)-586/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə borclu Şəxs məcbur gətirilməsi qərara alınmışdır və qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilmişdir. Lakin Yevlax rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli 195-22618-1219 №-li məktubu ilə bildirilmişdir ki, Şəxs daimi qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşamadığından və eyni zamanda yaşayış yerini müəyyən etmək mümkün olmadığına görə Yevlax Rayon Məhkəməsinin 3(039)-586/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının icrasını təmin etmək mümkün olmamışdır. Daha sonra məhkəməyə təqdim olunmuş “şəxs haqqında məlumatlar” barədə arayışdan bəlli olmuşdur ki, borclu Şəxs qeydiyyat ünvanını dəyişmişdir və o, ünvan 3 ünvanında qeydiyyatdadır. Bundan sonra Yevlax Rayon Məhkəməsinin 3(039)-586/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə borclu Şəxs məcbur gətirilməsi qərara alınmışdır və qərarın icrası Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmişdir. Lakin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin xx.xx.2020-ci il tarixli ***-**** №-li məktubunda bildirilmişdir ki, Şəxs ünvan 3 ünvanında qeydiyyatda olsa da, qeyd olunan ünvanda yaşamadığı üçün barəsində seçilmiş məcburi gətirilmə qərarının icrasını təmin etmək mümkün olmamışdır. Əlavə olaraq məhkəmənin şifahi sorğusu əsasında müəyyən edilmişdir ki, Şəxs Xırdalan şəhərində yaşayır və Xırdalan şəhəri ərazisində yerləşən “Angel” kafesində işləyir və Yevlax Rayon Məhkəməsinin 3(039)-10/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə borclu Şəxs məcbur gətirilməsi qərara alınmışdır və qərardadın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsə də hazırki tarixədək Şəxs yeri müəyyən edilməmişdir və məhkəməyə təqdim olunmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından görünür ki, Şəxs istinad edilən inzibati xəta haqqında material xx xxxx 2019-cu il tarixdə Yevlax Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Lakin Şəxs yeri müəyyən edilərək məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qanunla nəzərdə tutulmuş müddət başa çatdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məsuliyyətə cəlb etmə müddəti başa çatdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar