Məhkəmə qərarları › İş №3(039)-10/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-10/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-10/2021 02.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsinə inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərər çəkmiş şəxs X4 iştirakı ilə Şəxs-xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi işlə məşğul olan, Mingəçevir şəhəri Bahar küçəsi ev 49-da yaşayan. Şəxs barəsində Yevlax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Yevlax rayonu Aran qəsəbsində yerləşən iaşə obyektlərinin qarşısındakı avtomobil yolunda X7 nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ-21063” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu Aran qəsəbəsində yerləşən məcburi köçkünlər üçün nəzərdə tutulmuş şəhərçik istiqamətində hərəkətdə olan zaman avtomobilini sol tərəfdəki kənd yolundan onun hərəkətdə olduğu yol istiqamətdə hərəkət etdirən Şəxs idarə etdiyi “VAZ-2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşdurmuş, nəticədə Şəxs arvadı X1 qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vuran xəsarət almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətasını törətmişdir. İş üzrə keçirilən məhkəmə iclası zamanı Şəxs izahat verərək bildirdi ki, 2020-ci il oktyabr ayının 6-da saat 17:30 radələrində özünə məxsus “VAZ-2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Yevlax rayonunun Aran qəsəbəsindən Bakı- Qazax avtomobil yoluna çıxmaq üçün hərəkətdə olmuş, həmin vaxt Habil İbrahimovun “VAZ-21063” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Aran qəsəbəsindən sağ tərəfdən qəflətən çıxıb ona tərəf hərəkət etməsini görərərək əyləci basıb avtomobili saxlayıb yol vermək istəsədə, sonuncu yüksək sürətlə gələrək öz avtomobilinin qabaq hissəsi ilə onun avtomobilinin sağ orta hissəsini toqquşdurmuşdur. Nəticədə avtomobilində sərnişin qismində əyləşmiş arvadı Günel Quliyeva yüngül xəsarət almışdır. Yol-nəqliyyat hadisəsinin baş verməsində özünü təqsirli bilmir. Zərər çəkimiş şəxs X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Yevlax rayonu Aran qəsəbəsində əri Şəxs idarə etdiyi “VAZ-2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Habil İbrahimovun idarə etdiyi “VAZ-21063” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə o, yüngül xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi Habil İbrahimovun təqsiri ucbatından baş vermiş, ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/1764 №-li, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyininin surətindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 3cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 635 №-li, xx xxxxxxx 2020-ci il tarixli canlı şəxsin məhkəmə tibbi ekspertizasının ekspert rəyindən görünür ki, X5 aşkar edilmiş xəsarətlər-sağ saidinin yuxarı 1/3-nin arxa səthini, sağ gicgah nahiyyəsinin, sol əlin arxa səthinin, sağ baldırın aşağı 1/3-nin iç səthinin sıyrıqları, sağ budun arxa səthinin iri ölçülü qançırı küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Onun həmin inzibati xətanı törətməsində təqsiri iş materiallarında olan ekspert rəyləri, Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarı, Yevlax Rayon Prokuroru ədliyyə müşaviri X6 inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərarı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində inzibati tənbeh tətbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə təhbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar