Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-10/2022 05.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin sahə rəisi polis leytenantı X1 Zərərçəkmiş şəxs X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Yevlax rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan MN seriyalı ******* saylı, 30.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs, 22.02.2021-ci il tarixdə Yevlax şəhəri, Vidadi küçəsi 3 saylı evdən X3 məxsus ümumi dəyəri 90 manat olan - iki ədəd soyuducunu və bir ədəd işlənmiş üç metrlik metal borunu oğurlamışdır. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X4 izah etdi ki, Yevlax şəhəri, Vidadi küçəsi 3 saylı evdə yaşayan X6 22.02.2021-ci il tarixdə DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə və Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 22.02.2021-ci il tarixdə saat 15.00 radələrində pəncərəni sındırma yolu ilə evindən iki ədəd soyuducunun və bir ədəd işlənmiş kanalizasiya borusunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermiş və qanuni tədbir görülməsini xahiş etmişdir. Bu barədə Yevlax RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X6 izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən ev bacısına məxsusdur, orada yaşayış olmadığından uzun illərdir ki, o, həmin evə nəzarət edir. 22.02.2021-ci il tarixdə saat 15.00 radələrində həmin evə getmiş, evin qapılarının açıq olduğunu görmüş, evə baxış keçirən zaman evdə olan iki ədəd soyuducunun və küçədə olan bir ədəd üç metrlik metal kanalizasiya borusunun oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə məlumat vermiş, sonra Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, qeyd etdiyi əşyaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermiş və qanuni tədbir görülməsini xahiş etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 90 manat ziyan vurulmuşdur. Hazırda Şəxs şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 mart 2021-ci il tarixli qərardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında İXM-nin 53.0.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar 04 mart 2021-ci il tarixdə tərtib edilmişdir, lakin MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol 30.12.2021-ci il tarixdə tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 05.01.2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsinə daxil olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.6, 105.1 və 128.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-10/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-10/2022
05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver