Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-10/2023 03.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, NBPİ-nin Dəmir yolu NPİ-nin Yevlax st. XPŞ-nin Ağdam st. xətt polis məntəqəsi məntəqə rəisi, polis baş leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: NBPİ-nin Dəmir yolu NPİ-nin Yevlax st. XPŞ-dən daxil olmuş MN seriyalı ******* nömrəli 03 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 12:00 radələrində Dəmir yolu NPİ-nin Yevlax st. XPŞ-nin inizibati binasında xərda xuliqanlıq edərək polisin qanuni tələbinə tabe olmamışdır. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında NBPİ-nin Dəmir yolu NPİ-nin Yevlax st. XPŞ-nin Ağdam st. xətt polis məntəqəsi məntəqə rəisi, polis baş leytenantı X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Dəmir yolu NPİ-nin Yevlax st. XPŞ-nin polis əməliyyat müvəkkili X3 xx.xx.2023-cü il tarixdə icraatında olan oğurluq işi ilə əlaqədar olaraq Şəxs şöbəyə izahatı almaq üçün dəvət etmişdir. Xətt polis şöbəsinin inzibati binasında Şəxs izahatı alınarkən o, özünü qeyri adekvat aparmış, polis əməkdaşının suallarına cavab verməkdən imtina edərək ucadan səs-küy salmışdır. Bundan sonra Şəxs nizam-intizama dəvət olunsa da o, öz əməlinə davam etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, metal qəbulu məntəqəsində işləyir və qəbul etdikləri dəmir yoluna məxsus relslərin oğurluq olması səbəbindən izahatının alınması üçün xx.xx.2023-cü il tarixdə Dəmir yolu NPİ-nin Yevlax st. XPŞ-nə dəvət olunmuşdur. Şöbədə sorğu-sual zamanı əsəbləşdiyi üçün səs-küy salmışdır. Bundan sonra polis əməkdaşı onu nizam-intizama dəvət etsə də, o, əsəblərini cilovlaya bilmədiyi üçün öz hərəkətlərinə davam etmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində həbslə əlaqədar olmayan cəzanın seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dəmir yolu NPİ-nin Yevlax st. XPŞ-nin polis əməliyyat müvəkkili X3 çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə icraatında olan oğurluq işi ilə əlaqədar olaraq Şəxs şöbəyə izahatını almaq üçün dəvət etmişdir. Xətt polis şöbəsinin inzibati binasında Şəxs izahatı alınarkən o, özünü qeyri adekvat aparmış, onun suallarına cavab verməkdən imtina edərək ucadan səs-küy salmışdır. Bundan sonra Şəxs nizam-intizama dəvət olunsa da o, öz əməlinə davam etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş MN seriyalı ******* nömrəli 03 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 12:00 radələrində Dəmir yolu NPİ-nin Yevlax st. XPŞ-nin inizibati binasında xərda xuliqanlıq edərək polisin qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidin, Şəxs özünün və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-10/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-10/2023
03.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver