Məhkəmə qərarları › İş №3(039)-100/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-100/2020

13.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-100/2020 13.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs–xx xxxxxx 1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri R.Behbudov küçəsi ev 33-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində Yevlax şəhəri Yeni Yevlax küçəsi Mərkəzi poçtun arxasında səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində Yevlax rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Faiq Allahverdiyev xidmətdə olarkən, Yevlax şəhəri Yeni Yevlax küçəsi Mərkəzi poçtun arxasında bir nəfər şəxsin ucadan nalayiq küçə söyüşləri etdiyini görüb ona yaxınlaşmış və özünü təqdim edərək onu nizam intizama dəvət etmişdir. Lakin o, onun qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyi üçün məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Yevlax rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X3 Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrindəatasının evdə xəstə olmasına görə Yevlax şəhəri Yeni Yevlax küçəsi Mərkəzi poçtun arxasında əsəbi olduğundan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Səhvini başa düşür, törətdiyi inzibati xətadan səmimi peşmandır. Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Faiq Allahverdiyev məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində xidmətdə olarkən Yevlax şəhəri Yeni Yevlax küçəsi Mərkəzi poçtun arxasında bir nəfər şəxsin ucadan nalayiq küçə söyüşləri etdiyini görüb ona yaxınlaşmış və özünü təqdim edərək onu nizam intizama dəvət etmişdir. Lakin o, onun qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdirdiyi üçün onu polis şöbəsinə gətirmişdir. Polis şöbəsində həmin şəxsin Yevlax rayon Qoyunbinəsi kəndində yaşayan Şəxs olması müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahidin ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əmliyyat müvəkkili, polis leytenantı Faiq Allahverdiyevin xx xxxxxx 2020-ci il tarixli raportu, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 23:50-dən inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahid ifadəsini, Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, himayəsində üç azyaşlı övladının olmasını və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxxxx 1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri R.Behbudov küçəsi ev 33-də qeydiyyatda olan və Yevlax rayonu Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 1 (bir) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq təyin edilmiş cəza yüngülləşdirilərək Şəxs 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar