Məhkəmə qərarları › İş №3(039)-100/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-100/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-100/2023 31.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, zərərçəkmiş şəxs X5 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 06 yanvar 2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci l tarixdə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 53-də yaşayan X6 döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci l tarixdə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 53-də yaşayan X6 döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində anası ona zəng edərək qızı Azərinin hazırlıqdan evə gəlmədiyini,o da qızının müəlliməsinə zəng edərək qızı Azərinin hazırlıqdan çıxıb evə gəlmədiyi,bundan narahat olduğunu,sonradan qızı anası Lalənin yanına olduğunu öyrənmişdir.Qızı Azərini bundan xəbərsiz apardığını zənn edərək əsəbi halda Lalənin yaşadığı ünvana getmiş,həyətə daxil olmuş,qızı Azərini çağırmış,Azərin evdən çıxan zaman qucağına alıb masının arxa oturacağına əyləşdirmiş,bu zaman kecmiş həyat yoldaşı Lalə çıxaraq ona mane olmaq istəmiş,maşının qapısından tutub saxlayaraq qızını aparmağına mane olmaq istəmiş,o da maşını sürüb gedən zaman qolundan xəsarət aldığını bildirərək barəsində qanuna müvafiq qərarın verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qabaqlar ailəli olub sonradan ayrıldığını,xx.xx.2022-ci il tarixdə saat 17 radələrində atası evində olarkən qızı Azərin olara gəldiyini,bundan təəccüblənərək qızından atasının gətirdiyini soruşduğunu,lakin qızının hazırlıqdan çıxıb özünün gəldiyini,bundan 10-15 dəqiqə sonra Azər onlara həyət darvazasının üstündən aşıb girdiyini,zorla qızı Azərinin qolundan tutaraq evdən çıxarmış zorla idarə etdiyi avtomobilin arxa oturacağına otuzdurmuş,sonra avtomobili sürüb getmək istəyərkən avtomobilin qapısı acıq qalmış,o qızı Azərinin yıxılmaqından qorxaraq qızını əli ilə tutmağa calışmiş,bu zaman Azər avtomobilin qapısı zərbə ilə vuraraq sağ qolunu qapının arasından qoyaraq xəsarət yetirdiyini bildirərək təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci l tarixdə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 53-də yaşayan X6 döymüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə-X15 X4 865 nömrəli rəyindən görünür ki X2 saidin səthinin qançırı,sağ əlin arxa səthinin şişkinliyi və qançırı küt alətin təsirindən əmələ gələn zədələr vardır. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(039)- 1680/2022 saylı qətnaməsinə əsasən 03 mart 2013-cü il təvəllüdlü X7 adlı uşaq cavabdeh Şəxs, 16 noyabr 2016-cı il təvəllüdlü X8 adlı uşaq iddiaçı X5 himayəsində saxlanılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, izahatları, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki,Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsindəi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar