Məhkəmə qərarları › İş №3(039)-1000/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1000/2020

15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1000/2020 15.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X7, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1974-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən,Yevlax şəhəri M.Sübhi küçəsi ev 68-də yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunan protokolda qeyd olunur ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 14:00-da Yevlax şəhəri R.Balakişiyev küçəsində ucadan səs-küy salaraq X1 söyüb təhqir etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı pozan xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X4 xx xxxxxxx 2020-ci il tarixdə DİN-nin “102” Xidməti-X12 zəng edərək oğlu Nicadın qonşusu Elşən tərəfindən döyülməsi barədə məlumat vermiş və Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Bununla əlaqədar Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə inzibati xəta hadisəsi baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında küçədə taksi sürücüləri ilə söhbət edirmiş, ölkədə olan hərbi əməliyyatlarla bağlı daxildə xainlərin olduğunu bildirmişdir. Bu zaman qonşusu Nicad xain sözünü öz üzərinə götürmüşdür. Təxminən 1 saatdan sonra bazara gedərkən Nicad onun avtomobilinin qarşısını kəsib xain sözünü ona ünvanladığını soruşmuş, bundan sonra aralarında mübahisə baş vermiş, mübahisə zamanı Nicadı söyüb təhqir etməmişdir. Ailəlidir, 2-ci qrup əlildir, oğlu hazırda hərbi xidmətdədir. Nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında X5 şahid qismində oğlu izahat verərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində yaşadıqları küçədə qonşusu Elşən onu küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Bundan sonra anası DİN-nin “102” Xidməti-X12 zəng etmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Nicad Atakişiyevin izahatı, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X6 xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərarı və polis sahə rəisi, polis mayoru X11 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar