Məhkəmə qərarları › İş №3(039)-1002/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1002/2020

24.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1002/2020 24.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, X10 qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Tələbkar Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızının, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Səxavət Salamat oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. İcra məmuru Qorxmaz Əsgərov məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1262/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxx 2020-ci il tarixindən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 (iki qırx yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızına verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirləri nəticəsində tələbkarın xeyrinə heç bir ödəniş edilməmişdir. Həmin borcun ödənilməsi üçün borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. İcra sənədi üzrə qeyd olunan borcun ödənilməsi üçün borclu Şəxs şöbəyə dəvət edilərək borcunun ödənilməsi tələb edilmişdir. Borclu Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən 1340 manat məbləğində aliment borcu yaranmışıdr. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızı izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən yaranmış 1340 manat aliment borcundan 300 manat ödəniş etmiş, qalan borcunu hissə-hissə ödəməsinə etiraz etmir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişləri almış və tələbkarın xeyrinə 100 manat ödəniş etmişdir. Hazırda isə onun icra sənədi üzrə tələbkar Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızına 1340 manat məbləğində borcu vardır. İşləmədiyinə və maddi vəziyyəti çətin olduğuna görə icra sənədi üzrə borcunu tələbkar Rəsmiyyə Hacıyevaya ödəyə bilməmişdir. Hazırda 300 manat məbləğində ödəniş etmiş, qalan borcunu hissə-hissə ödəyəcəkdir. Bu səbəbdən hazırkı, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmuru, Qorxmaz Əsgərovu, tələbkar Hacıyeva (Həsənova) Rəsmiyyə İlham qızının və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar