Məhkəmə qərarları › İş №3(039)-1003/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1003/2020

16.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1003/2020 16.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəszlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2002-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri N.Nərimanov küçəsi 85-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:10 radələrində Yevlax şəhəri H.Əliyev prospektində karantin qaydalarına riayət etməyərək, polisin qanuni tələbinə qəsədn tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozması və ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanından irəli gələn, Daxili İşlər Nazirliyinin “Koronavirus infeksiyası ilə əlaqədar xüsusi karantin rejimindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPX-nun polis nəfəri, polis serjantı Şəhriyar Xəlilov və polis serjantı Mehman İbrahimov ilə birlikdə Yevlax şəhəri ərazisində xidmətdə olarkən saat 16:10 radələrində Yevlax şəhəri H.Əliyev prospektində bir nəfər şəxsin tibbi qoruyucu maskadan istifadə etmədiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onun icazəli olub olmamasını yoxlayarkən həmin şəxs ucadan qışqıraraq səs-küy salıb polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu vaxt özünü həmin şəxsin atası kimi təqdim edən Azər adlı şəxs ucadan qıqıraraq səs-küy salmış və polis əməkdaşlarının xidməti fəaliyyətlərinə müdaxilə etməyə başlamışlar. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələrdə həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin vaxt yaxında xidmət aparan Dövlət Yol Polis Bölməsinimn əməkdaşları, polis serjantları X8, X10 və İTB-nin rəisi, polis mayoru Famil Qasımov ora yaxınlaşıb onlarla qanuni izahedici söhbətlər aparılsa da həmin şəxslər bundan heç bir nəticə çıxarmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis nəfəri, kiçik polis serjantı Şəhriyar Xəlilov və polis serjantı X11 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində SMS icazə sistemindən istifadə etməyərək evdən çıxmış ərzaq mağazasına getmişdir. Mağazadan çıxarkən tibbi maskadan istifadə etmədiyini üçün polis əməkdaşları onun şəkilini çəkmək istəmiş bu zaman o, polis əməkdaşlarına müdaxilə etmişdir. Yevlax Rayon Polis Şöbəsinə aparıb ona inzibati protokol tərtib edilən zaman polis əməkdaşları ilə aralarında mübahisə baş vermişdir. Səhvini başa düşür, törətdiyi inzibati xətadan səmimi peşmandır. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı X5 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPX-nun polis nəfəri, polis serjantı Şəhriyar Xəlilov ilə birlikdə Yevlax şəhəri ərazisində xidmətdə olarkən saat 16:10 radələrində Yevlax şəhəri H.Əliyev prospektində bir nəfər şəxsin tibbi qoruyucu maskadan istifadə etmədiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onun icazəli olub olmamasını yoxlayarkən həmin şəxs ucadan qışqıraraq səs-küy salıb onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu vaxt özünü həmin şəxsin atası kimi təqdim edən Azər adlı şəxs ucadan qıqıraraq səs-küy salmış və onların xidməti fəaliyyətlərinə müdaxilə etməyə başlamışlar. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələrdə həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin vaxt yaxında xidmət aparan Dövlət Yol Polis Bölməsinin əməkdaşları, polis serjantları X8, X10 və İTB-nin rəisi, polis mayoru Famil Qasımov ora yaxınlaşıb onlarla qanuni izahedici söhbətlər aparılsada həmin şəxslər bundan heç bir nəticə çıxarmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis nəfəri, kiçik polis serjantı Şəhriyar Xəlilov və o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Şəhriyar Xəlilov məhkəmə iclasında şahid Mehman İbrahimovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikasi Nazirlər Kabineti yanında X2 (Covid-19) İnfeksiyasının Azərbaycan Respublikasinin X3 X7 X9 xx xxxx 2020-ci il tarixli məlumatına əsasən, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının X3 qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. İşdə olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 18:00-dan inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafı, şahid ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X4 çıxışını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsi: Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və törətdiyi inzibati xətadan səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar