Məhkəmə qərarları › İş №3(039)-1003/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1003/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1003/2023 30.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax şəhəri Yol patrul xidməti baş inspektoru polis kapitanı X2, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Yevlax Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Fizuli küçəsindən yol nişanin tələblərini pozaraq yol nəqliyyat hadisəsini törətmişdir və hadisə yerindən yayınmışdır.Nəticəsə “Mercedes Benz” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan yetirmişdir.Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon Polis Şöbəsinin DYPB-si YPX-nin baş inspektoru X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Fizuli küçəsindən yol nişanin tələblərini pozaraq yol nəqliyyat hadisəsini törətmişdir və hadisə yerindən yayınmışdır.Nəticəsə “Mercedes Benz” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan yetirmişdir.Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi Vaz 2103 markalı ** BE *** d.q.n.nişanlı avtomobillə Üzeyir Hacıbəyov küçəsi ilə Yevlax rayon Mərkəzi xəstəxanasına xəstə apardığı üçün hərəkətdə olduğu zaman Fizuli küçəsində qarşıda hərəkətdə olan Mercedes Besz markalı ** SZ *** d.q.n.nişanlı avtomobili hava yağışlı olduğu üçün görmədiyindən yol nəqliyyat hadisəsi baş vermiş,hadisə yerindən yayınmaqının səbəbini isə avtomaşında xəstə olduğu üçün təcili xəstəxanaya catdırılmalı olduğu üçün hadisə yerindən yayındığını,əməlindən səmimi peşmançılığını bildirərək barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X3 məhkəmə iclas zalında çıxış edərək,xx.xx.2023-cü il tarixdə Mercedes Benz markalı ** SZ *** d.q.n.nişanlı avtomobil ilə Fizuli küçəsində hərəkətdə olan zaman Üzeyir Hacıbəyov küçəsinə çatan zaman Vaz 2103 markalı ** BE *** d.q.n.nişanlı avtomobil onun yoluna daxil olaraq onun avtomobili ilə toqquşaraq yol nəqlliyat hadisəsi baş vermişdir.Nəticədə ona 1285 manat məbləğində maddi ziyan vurmuşdur.Maddi ziyanı ödəmədiyini,yalandan vədlər verərək qaçıb gizləndiyini,hətta ona “gəl pulun yarısını sən ver yarısını mən verim maşını düzəldək” kimi təkliflərdə etdiyini,lakin Şəxs heç bir ziyan ödəmədiyini bildirişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Fizuli küçəsindən yol nişanin tələblərini pozaraq yol nəqliyyat hadisəsini törətmişdir və hadisə yerindən yayınmışdır.Nəticəsə “Mercedes Benz” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan yetirmişdir.Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın X1 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 ( beş yüz) manat məbləğində cərimə edilsin Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar