Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1004/2020 16.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri N.Nərimanov küçəsi ev 85-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs qızı xx xxxxxx 2020-ci il tarixdə saat 16:10 radələrində Yevlax şəhəri H.Əliyev prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanından irəli gələn, Daxili İşlər Nazirliyinin “Koronavirus infeksiyası ilə əlaqədar xüsusi karantin rejimindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPX-nun polis nəfəri, polis serjantı Şəhriyar Xəlilov və polis serjantı Mehman İbrahimov ilə birlikdə Yevlax şəhəri ərazisində xidmətdə olarkən saat 16:10 radələrində Yevlax şəhəri H.Əliyev prospektində bir nəfər şəxsin tibbi qoruyucu maskadan istifadə etmədiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onun icazəli olub olmamasını yoxlayarkən həmin şəxs ucadan qışqıraraq səs-küy salıb polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu vaxt özünü həmin şəxsin atası kimi təqdim edən Azər adlı şəxs ucadan qıqıraraq səs-küy salmış və polis əməkdaşlarının xidməti fəaliyyətlərinə müdaxilə etməyə başlamışlar. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələrdə həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin vaxt yaxında xidmət aparan Dövlət Yol Polis Bölməsinimn əməkdaşları, polis serjantları X5, X7 və İTB-nin rəisi, polis mayoru Famil Qasımov ora yaxınlaşıb onlarla qanuni izahedici söhbətlər aparılsa da həmin şəxslər bundan heç bir nəticə çıxarmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis nəfəri, kiçik polis serjantı Şəhriyar Xəlilov və polis serjantı X8 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saat 16 radələrində yoldan keçəkən Yevlax şəhəri H.Əliyev prospektində polis əməkdaşlarının oğlu Şəhruzu apardıqlarını görmüşdur. Həmin vaxt onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, bu zaman o, da polis əməkdaşarı tərəfindən rayon polis şöbəsinə gətirilmişdir. O, polis əməkdaşlarının tələblərinə tabe olmuşdur. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı X3 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPX-nun polis nəfəri, polis serjantı Şəhriyar Xəlilov ilə birlikdə Yevlax şəhəri ərazisində xidmətdə olarkən saat 16:10 radələrində Yevlax şəhəri H.Əliyev prospektində bir nəfər şəxsin tibbi qoruyucu maskadan istifadə etmədiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onun icazəli olub olmamasını yoxlayarkən həmin şəxs ucadan qışqıraraq səs-küy salıb onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu vaxt özünü həmin şəxsin atası kimi təqdim edən Azər adlı şəxs ucadan qışqıraraq səs-küy salmış və onların xidməti fəaliyyətlərinə müdaxilə etməyə başlamışlar. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələrdə həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə, həmin vaxt yaxında xidmət aparan Dövlət Yol Polis Bölməsinin əməkdaşları, polis serjantları X5, X7 və İTB-nin rəisi, polis mayoru Famil Qasımov ora yaxınlaşıb onlarla qanuni izahedici söhbətlər aparılsada həmin şəxslər bundan heç bir nəticə çıxarmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis nəfəri, kiçik polis serjantı Şəhriyar Xəlilov və o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Şəhriyar Xəlilov məhkəmə iclasında şahid Mehman İbrahimovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. İşdə olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 16:20-dən inzibati qaydada tutulmuşdur. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadələri, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (yüz əlli) manat inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1004/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1004/2020
16.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver