Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1005/2020 25.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, X2 DƏMX Mingəçevir regional ərazi şöbəsinin MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli qərarından vermiş olduğu şikayətinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Sadəddin Rəhimov DƏMX Mingəçevir regional ərazi şöbəsinin MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli qərarından şikayət ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, həmin qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, DƏMX Mingəçevir regional ərazi şöbəsinin MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1,500 manat cərimə edilmişdir. Onun barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarda bildirilir ki, Yevlax Rayon Təhsil Şöbəsinin Qoyunbinəsi kənd tam orta məktəbinin direktoru X4 tərəfindən xx xxxx 2020-ci il tarixdə işçi X5 ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmişdir. O, Əmək Müfəttişliyinin hazırkı qərarını rədd edir. Bu barədə o, bu fikirləri onların özünə də bildirmişdir. O, şikayətçi X3 xx.xx.2020-ci il tarixində Təhsil Nazirliyinin göstərişinə əsasən texnalogiya müəllimi işinə qəbul etmişdir. Bağlanmış müqavilə dərs ilinin sonuna həftəlik iş saatı 6 saat həcmində olmaqla işə qəbul etmişdir. O, qanuni əsaslarla onu işdən çıxarmışdır. Burada yeganə meyar odur ki, onun adı elektron portaldan çıxarılmamışdır. Bütün bunların çərçivəsində onun üzərinə 1,500 manat cərimə yazılıb. Bu ağır və çətin vəziyyətdə pandemiyanın kəskinləşmiş bir ərəfəsində hər bir işçinin, xüsusən texniki işçilərin çətin saxlanılması bir şəraitində onun 1,500 manat cərimə edilməyi ədalətli deyildir. O, həmişə işlədiyi müəssisədə qabaqcıl iş peşə adamı olmuşdur. Rəhbərlik tərəfindən təltif olunmuş, qabaqcıl maarif xadimi, baş müəllimdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli inzibati cərimənin tənbeh vermə haqqında MN ******* saylı qərarı ləğv edilməsini istəyir. Sadəddin Rəhimov məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. DƏMX Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi Məhyəddin Şirinov bildirmişdir ki, vətəndaş Telli Sarıyevanın müraciəti əsasında təmsil etdiyi şöbə tərəfindən müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, Yevlax rayon Qoyunbinəsi kənd tam orta məktəbin direktoru Sadəddin Rəhimov işçi Telli Sarıyeva ilə bağladığı müddətli müqaviləyə xx xxxx 2020-ci il tarixdə xitam versə də, elektron sistemdə bu barədə xx xxxx 2020-ci il tarixdə qeydiyyat aparılmışdır. Bununla da təsdiq edilmişdir ki, Yevlax rayon Qoyunbinəsi kənd tam orta məktəbin direktoru Sadəddin Rəhimov əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Bunun əsasında müvafiq protocol tərtib edilmiş və Sadəddin Rəhimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş xəta törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixli qərarla barəsində 1,500 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Şikayəti əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 xx xxxxxx 2020-ci il tarixdə müddətli əmək müqaviləsi əsasında xx xxxx 2020-ci il tarixədək Yevlax rayon Qoyunbinəsi kənd tam orta məktəbinə texnologiya müəllimi qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Yevlax rayon Qoyunbinəsi kənd tam orta məktəbinin texnologiya müəllimi X5 ilə bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdə xitam verilmiş və bu barədə xx xxxx 2020-ci il tarixdə elektron portalda qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilir ki, Yevlax Rayon Təhsil Şöbəsinin Qoyunbinəsi kənd tam orta məktəbin direktoru X4 tərəfindən xx xxxx 2020-ci il tarixdə X5 ilə bağlanmış əmək müqaviləsi əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir, nəticədə Sadəddin Rəhimov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. X6 Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1,500 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Əmək Məcəlləsi: Maddə 68 hissə 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 12 hissə 1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) Beləliklə, tərəflərin izahatları və təqdim edilmiş sübutlarla müəyyən olunur ki, Yevlax rayon Qoyunbinəsi kənd tam orta məktəbin direktoru Sadəddin Rəhimov tərəfindən işçi Telli Sarıyeva ilə bağlanmış müddətli əmək müqaviləsinə 16 iyun xitam verilmiş, bu barədə elektron sistemdə xx xxxx 2020-ci il tarixdə qeydiyyat aparılmışdır. Bu səbəbdən onun barəsində DƏMX Mingəçevir regional ərazi şöbəsinin müvafiq vəzifəli şəxsi tərəfindən protokol tərtib edilərək onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində qeyd edilən inzibati xəta hadisəsi olduğu qənaətinə gəlinərək xx xxxxxx 2020-ci il tarixli qərarla o, inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə,hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Maddə 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Maddə 53.0. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; Maddə. 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Maddə. 129.1.3. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Maddə 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Maddə 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Yevlax rayon Qoyunbinəsi kənd tam orta məktəbin direktoru Sadəddin Rəhimov tərəfindən işçi Telli Sarıyeva ilə bağlanmış müddətli əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdə xitam verilərək bu barədə elektron sistemdə xx xxxx 2020-ci il tarixdə qeydiyyat aparılması əmək qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilsə belə, onun tərəfindən həmin inzibati xətanın törədilməsinin məhz xx xxxx 2020-ci il tarixdə törədilməsi kimi qəbul edilməlidir, belə ki, əmək qanunvericiliyinin tələblərinə görə bu barədə qeydiyyat bir iş günü ərzində aparılmalıdır. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi təsdiq edildikdə belə, bunun məhz həmin tarixdə törədilməsi nəzərə alınmalıdır. Bu inzibati xəta, davam edən inzibati xəta kimi qiymətləndirilə bilməz, belə ki, bu əmrlə əmək münasibətlərinə həmin tarixdə son qoyulmuşdur. Davam edən pozuntu kimi nəzərə alınsa belə, xx xxxx 2020-ci il tarixdə elektron sistemdə müvafiq qeydiyyat artıq aparılmışdır. Belə olan halda Yevlax rayon Qoyunbinəsi kənd tam orta məktəbin direktoru Sadəddin Rəhimov törətdiyi inzibati xətaya görə yalnız həmin tarixdən hesablanmaqla 3 ay müddətində inzibati məsuliyyətə cəlb edilə bilərdi. Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsi isə onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarı xx xxxxxx 2020-ci il tarixdə tətbiq etmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməli və Sadəddin Rəhimov barəsində həmin əmələ görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 133- 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1,500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədirlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1005/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1005/2020
25.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver