Məhkəmə qərarları › İş №3(039)-1006/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1006/2020

21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1006/2020 21.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəszlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1960-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri S.Əsgərova küçəsi ev 28-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:30-da Şəxs fəaliyyət göstərdiyi “Ləzzət” kafesində karantin rejimi pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozması və ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanından irəli gələn, Daxili İşlər Nazirliyinin “Koronavirus infeksiyası ilə əlaqədar xüsusi karantin rejimindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq, xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin polis sahərəisi, polis kapitanı X12 şəhər ərazisində xidmətdə olarkən, saat 13:30 rdaələrində Bərdə-Yevlax yolunun sağ kənarında yerləşən “Ləzzət” kafesinin açıq olmasını və ora gələn müştərilərə xidmət göstərməsinin şahidi olmuşdur. Əlavə olaraq təxminən 5-6 gün əvvəl həmin “Ləzzət” kafesinin sahibi Şəxs xəbərdarlıq etsə də, o, yenidən xx xxxxxx 2020-ci il tarixdə “Ləzzət” kafesinin işçiləri X7 xüsusi karantin rejimini pozmuş və X11 isə tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozmuşdur. Şəxs buna əsəbləşərək saymazyana hərəkət edərək vergi idarəsindən icazə sənədi almasını və təkidlə həmin sənədə əsasən öz fəaliyyətini davam etdirə biləcəyini bildirdi. Polis əməkdaşı Şəxs şəxsiyyət vəsiqəsini təqdim etməyini bildirdikdə vəsiqənin olmadığını indi gətirəcəyini bildirərək sifarişləri qəbul edərək müştrilərə yemək verərək polisin qanuni tələblərini tabe olmamışdır. Polis əməkdaşı Yevlax Rayon Polis Şöbəsinin PPXB-nun polis nəfərləri hadisə yerinə çağıraraq həmin şəxsləri polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişdir. Bundan sonra polis sahə rəisi, polis kapitanı X12 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, Bərdə-Yevlax avtomobil yolunun sağ kənarında yerləşən “Ləzzət” kafesinin sahibidir. Həmin kafeni xüsusi karantin rejimi tətbiq edildiyi müddətdə vergi idarəsindən aldığı icazə sənədi əsasında işlədir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında kafeni işlədərkən polis əməkdaşı kafeyə gələrək xüsusi karantın rejiminin pozulmasını ona bildirmiş, o, icazə sənədini polis əməkdaşına təqdim edərək kafeni qanunsuz işlətməsindən məlumatsız olduğunu bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsi tələb etmiş, şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirərək sifariş qəbul etdiyini və şəxsiyyət vəsiqəsini gətirib təqdim edəcəyini bildirmişdir. O, polisin qanuni tələbinə tabe olmuşdur. Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı Coşqun Bəkirov məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhər ərazisində xidmətdə olarkən, saat 13:30 radələrində Bərdə-Yevlax yolunun sağ kənarında yerləşən “Ləzzət” kafesinin açıq olmasını və ora gələn müştərilərə xidmət göstərməsinin şahidi olmuşdur. Əlavə olaraq təxminən 5-6 gün əvvəl həmin “Ləzzət” kafesinin sahibi Şəxs xəbərdarlıq etsə də, o, yenidən xx xxxxxx 2020-ci il tarixdə “Ləzzət” kafesinin işçiləri X7 xüsusi karantin rejimini pozmuş və X11 isə tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozmuşdur. Şəxs buna əsəbləşərək saymazyana hərəkət edərək vergi idarəsindən icazə sənədi almasını və təkidlə həmin sənədə əsasən öz fəaliyyətini davam etdirə biləcəyini bildirdi. O, Şəxs şəxsiyyət vəsiqəsini təqdim etməyini bildirdikdə vəsiqənin olmadığını indi gətirəcəyini bildirərək sifarişləri qəbul edərək müştrilərə yemək verərək polisin qanuni tələblərini tabe olmamışdır. O, Yevlax Rayon Polis Şöbəsinin PPXB-nun polis nəfərləri hadisə yerinə çağıraraq həmin şəxsləri polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. 11 saylı vergilər idarəsi tərəfindən xx xxxxxxxx 2004-cü il tarixdə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 vergi ödəyicisidir. Azərbaycan Respublikasi Nazirlər Kabineti yanında X2 (Covid-19) İnfeksiyasının Azərbaycan Respublikasinin X3 X6 X9 xx xxxx 2020-ci il tarixli məlumatına əsasən, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının X3 qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafı, şahid ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X4 çıxışını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 211.1 Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbinə görə ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsi dair hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsi dair hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar