Məhkəmə qərarları › İş №3(039)-1007/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1007/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1007/2025 15.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin aparıcı məsləhətçisi X4 iştirakı ilə, "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 11 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru X13 məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş 11 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" MMC-nin direktoru X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən fiziki şəxs X1 əmək müqaviləsi olmadan işlərin görülməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 4 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol əsasında tərtib olunmuş 11 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh haqqında DƏMX Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş qərarı əsassız hesab edir. Həmin qərarla onun barəsində 3000,0 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Müəssisə tərəfindən bütün işçilər rəsmi qaydada işə götürülür. Müəssisənin yalnız bir işçi ilə müqavilə bağlamadan işləməkdə heç bir məqsədi ola bilməz, çünki bu onu öhdəliklərinə və vergi yükünə heç bir təsir götərmir. Əksinə, Sevinc Mustafayeva özü vergi öhdəliklərindən yayınmaq üçün sərbəst agent kimi işləmək istəmiş, stabil əmək haqqı deyil, görülən işlərdən xidmət sayına uyğun komissiya almışdır. Sevinc Mustafayeva ilə münasibətləri əmək münasibələri olmamışdır, o sərbəst qrafiklə işləmiş, həftə ərzində 1-2 dəfə ofisə gəlmişdir. Daha sonra S.Mustafayevanın fəallığı azaldığı üçün şirkət onun komissiyası azaltdığından şirkət barəsində əsassız şikayətlər edir. Halbuki, bütün qanunsuzluqları o, özü etmiş, şirkətdən məlumatlar oğurlayaraq müştəri bazasını öz tərəfinə çəkmişdir. Şirkət tərəfindən onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edildiyi üçün S.Mustafayeva bu yola əl atmış, əsassız şikayətlər ünvanlayaraq şirkətin məsuliyyətə cəlb olunmasına səbəb olmuşdur. Beləliklə, göstərilənlərə əsasən o, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi "xxxx" MMC-nin direktoru X6 məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şikayətçi "xxxx" MMC-nin direktoru X5 vəkili “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X9 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, "xxxx" MMC-nin direktoru X8 tərəfindən X1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 3000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən o, şikayətçi "xxxx" MMC-nin direktoru X8 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək 11 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayətçinin ərizəsini, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi vəzifəsini icra edən Əliyev sadiq Mürsəl oğlu tərəfindən tərtib olunmuş 11 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X8 tərəfindən X1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildiyindən X5 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində İXM-nin 192.1-ci maddəsinə uyğun olaraq 3000,0 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanlanmış X1 ərizəsinin surətindən görünür ki, xx.xx.2024 tarixində şəxsən əməkdaşlığa başladığı "First Academy" şirkəti (şirkət rəsmi şəkildə yanvar ayında yaradılmışdır, təsisçi Hafiz Xanməmmədli, direktor Vüsal Qəribov) onunla ilkin danışıqlarında aylıq 2500 manat maaş vəd etmişdir. Bu zaman şirkət Bakı şəhəri, Yasamal rayonu metronun "Elmlər Akademiyası" yaxınlığında yerləşmişdir. 2024- cü ilin iyul ayında metronun "Sahil" stansiyasının üstündə yerləşən "Sahil" Biznes Mərkəzinin 4cü mərtəbəyə köçmüşdür. Bir ay işlədikdən sonra yəni, xx.xx.2024 tarixində şirkət rəhbəri Vüsal Qəribov və Hafiz Xanməmmədli tərəfindən görüşə dəvət edilmişdir. Bu görüşdə ona bildirilmişdir ki, əmək haqqını rəsmi olaraq ona verəcəklər karta köçürüləcəkdir. Bir ay həmin maaşı almış, lakin sonradan maaşının 1000 manat olaraq dəyişdirildiyini öyrənmişdir. Bu qeyri-rəsmi şəkildə həyata keçirilmiş və bunu rəhbərliyə bildirib prosesin tezliklə rəsmiləşdiriləcəyi bildirmişdirlər. Etiraz edərək həmin maaşa işləməyəcəyimi bildirərək işdən ayrılacağını onlara çatdırmışdır. Sentyabr ayında işdən çıxmaq üçün rəhbərliyə müraciət etdiyi zaman Vüsal Qəribov ona görüş imkanı yaratmışdır. Bu vaxtadək, maaşı 1000 manat olaraq bank hesabına şirkətin mühasibi Rauf Ağamirzəyev tərəfindən köçürülmüşdür. Sentyabr ayında ona bildirilmişdir ki, maaş 1500 manat olacaq, lakin yenə də 1000 manat köçürüldü. xx.xx.2024 tarixində işdən ayrıldıqdan sonra hələ də 974 manat miqdarında maaşı ödənilməmişdir. Rəhbərlik maaş tələbinə cavab olaraq "hara şikayət edirsiniz edin" bildirir. Bu proses şirkətin qanunsuz şəkildə əməkdaşları işlətməsinə və müvafiq vergilərdən yayınmağa dəlalət edir. Bu prosesə ədələtli qaydada baxılmasını və hüquqlarının qorunmasında yardımçı olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, FİRST ACADEMY AZ” MMC-nin direktoru X8 tərəfindən X1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildiyindən X5 barəsində İXM-nin 192.1-ci maddəsinə uyğun olaraq 3000,0 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstəörilən xətanı törətmədiyini, sözügedən qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs FİRST ACADEMY AZ” MMCnin direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin 11 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar