Məhkəmə qərarları › İş №3(039)-101/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-101/2020

14.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-101/2020 14.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4, X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli,orta təhsilli, işləməyən, Yevlax rayonun Ərəş kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, X7 xx xxxxxxx 2019-cu il tarxli, 2(051)-2165/2019 №-li qətnaməsinə əsasən, cavabdehlər X9 və Şəxs 5000 (beş min) manat pul alınıb iddiaçı X6 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar olaraq böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X8 tərəfindən borclu Şəxs dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq o, icra məmurunun qanuni tələblərinə əməl etməmiş və məhkəmənin qətnaməsini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov izahat verərək bildirdi ki, Şəxs icra sənədində göstərilən borcun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin icra vərəqəsi icra olunmamışdır. Şəxs borcu ödəməyi tələb olunmuş və izahatı alınmışdır. Şəxs izahatında hazırda borcunun maddi imkanını olmamasını bildirmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almış, tələbkara 2500 (iki men beş yüz) manat məbləğində borcu yaranmışdır. Bir müddət işsiz qaldığından borcu ödəyə bilməmişdir, imkan yaradılarsa yaxın günlərdə hissə-hissə ödəyə bilər. X2 məhkəmə iclasında izah etdi ki, cavabdehlər X9 və Şəxs 5000 (beş min) manat pul alınaraq ona verilməsi qət edilmişdir. Lakin Şəxs ödənişlər etmir və hazırda onun 2500 (iki min beş yüz) manat məbləğində borcu qalmışdır. Dəfələrlə ödəyəcəyinə söz versə də, bu günə kimi heç bir ödəniş etməmişdir. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı ilə və icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ramin Mehdiyev inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: xx xxxx 1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax rayonu Ərəş kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 12:40-dan hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar