Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-101/2024 21.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X7 Bölməsinin polis sahə rəisi X9, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Yevlax şəhərində “Yevlax Mall” ticarət mərkəzinin qarşısında X2 təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X13 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Yevlax şəhərində “Yevlax Mall” ticarət mərkəzinin qarşısında ictimai yerdə X2 təhqir etmişdir. X4 şikayəti əsasında TB-də araşdırma aparılmışdır və material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və inzibati icraat aparılması üçün qərarın surəti İTB-nə göndərilmişdir. Bundan sonra Şəxs barəsində inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində qanunauyğun qərarın qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirdi ki, o, Rusiya Federasiyasında yaşayır və orada bizneslə məşğuldur. Qış aylarında işi dayandığı üçün Yevlax şəhərində yaşayır. Bundan başqa o, X6 3-4 il əvvəl tanımışdır. xx.xx.2024-cü il tarixdə o və Rusiya Federasiyasından gələn iki nəfər qonağı ilə özünə məxsus avtomobillə Yevlax şəhəri ərazisində yerləşən “Dədə-Qorqud” parkının yaxınlığından keçərkən o, Sifahimin yol keçdiyini görmüş və ona yol vermişdir. Bundan sonra o, yoluna davam edən zaman “Sənəm” marketin qarşısında onun telefonuna zəng gəldiyi üçün avtomobilini saxlayaraq telefonla danışmış və danışıb qutardıqdan sonra o, avtomobili ilə hərəkətinə davam etmişdir. Bundan sonra poçtun yanında onun telefonuna təkrar zəng gəldiyi üçün o, avtomobili saxlayaraq telefonla danışmış və danışıb qutardıqdan sonra o, avtomobili ilə hərəkətinə davam etmişdir. Daha sonra o, avtomobili “Neptun” marketin qarşısında saxlamış və avtomobilində olan şəxslərdən biri marketə düşmüş, o və digər sərnişi ilə avtomobili “Yevlax Mall”-un qarşısında dayanmışlar və avtomobilin pəncərəsini açıb oturmuşlar. Bu zaman Sifahim ona yaxınlaşmış və niyə onun arxasınca getməsini soruşmuş o, isə cavabında Sifahimə “get işinnən məşğul ol, mənim səninlə nə işim ola bilər ki” demiş və avtomobilini sürüb getmişdir. Sözlərini təsdiq edəcək avtomobilində olan videoqeydiyyat yazısı var, lakin həmin video yazı Bakı şəhərində yerləşən evində olduğundan məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. Bundan başqa məhkəmənin hansı səbəbdən eyni saatda və eyni yerdə üç dəfə Sifahim Qələndərova getdiyi yolda dayanması sualına bunun təsədüfən olduğunu bildirmişdir. Barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 çıxış edərək bildirmişdir ki, xx.xx.2024cü il tarixdə o, Yevlax şəhərində yerləşən “Neptun” marketə gedən zaman Rəfail özünə məxsus avtomobillə onu təqib etmişdir. Rəfail avtomobilini önun hərəkəti istiqamətində yerləşən “Sənəm” marketin qarşısında saxlayaraq ona “gəl otur maşına” demiş o, isə buna əhəmiyyət verməyərək yoluna davam etmiş, sonra poçtun qarşısında və o, “Neptun” marketə girəndə marketin qarşısında Refail eyni qayda ilə onun yolunu kəşmişdir. Bundan sonra Rəfail “Yevlax Mall”-un qarşısında avtomobilini onun üstünə sürüb saxlamışdır. O, Rəfailə “mənnən nə istiyirsən soruşduqda, ona cavab olaraq dedi ki, mənim səninlə nə işim var get s....r deyərək”, başqa söyüşlərlə söyərək mübahisə edib oradan aralanmışdır. Bundan sonra o, yoluna davam etsə də, Rəfail yenə avtomobili ilə onu yaşadığı evə kimi təqib etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, Rəfail onu söyən zaman ətrafda digər vətəndaşlar da olmuş, eyni zamanda Rəfailin yanında maşında başqa Asya adlı bir qız da olmuşdur. X1 məhkəmə iclasında bildirdi ki, Şəxs özünü təqsirli bilmir. Şahidin hüquqlarını müdafiə etdiyi şəxsin onu təhqir etməsini təsdiq edəcək sübut yoxdur. İşdə inzibati xəta tərkibi olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Yevlax şəhərində “Yevlax Mall” ticarət mərkəzinin qarşısında X3 təhqir etmişdir; xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti inzibati icraat başlanması üçün Yevlax Rayon Polis X7 Bölməsinə göndərilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2023-cü il təvəllüdlü X11 atasıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Yevlax şəhərində “Yevlax Mall” ticarət mərkəzinin qarşısında X2 təhqir etmişdir; - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti inzibati icraat başlanması üçün Yevlax Rayon Polis X7 Bölməsinə göndərilmişdir - şahid X8 məhkəmə iclasında bildirmişdir ki, Şəxs idarə etdiyi avtomobili ilə xx.xx.2024-cü il tarixdə Yevlax şəhərində bir neçə dəfə idarə onun qarşısını kəsmiş və nəticədə “Yevlax Mall” ticarət mərkəzinin qarşısında onu söymüşdür. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Yevlax şəhərində “Yevlax Mall” ticarət mərkəzinin qarşısında X2 qeyri-etik ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində 2 azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarış) onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 21 fevral 2024-cü il tarixdən saat 18:45-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-101/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-101/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver