Məhkəmə qərarları › İş №3(039)-1011/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1011/2020

23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1011/2020 23.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 Zərər çəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1994-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Xanabad kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayonu Xanabad kəndində X5 döymüşdür. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis mayoru Nəsrəddin Səmədov izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə Qəbələ şəhəri E.Kərimov küçəsində yaşayan X7 Azərbaycan Respublikasının DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə müraciət edərək Mütəllim İbrahimov və Asim İbrahim adlı şəxslərin onu döyməsi barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə inzibati xəta baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, atası Mütəllim İbrahimov müxtəlif göllərdən balıq alıb qapılarındakı hovuza salır və oradan satır. Qəbələ şəhər sakini Ceyhun və Tural qardaşları onlardan həmişə balıq almışlar. Balığı arabir onlara nisyə də satmışlar. Hazırda Ceyhunun onlara 1515 manat pul borcları qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində Ceyhun və Tural qardaşları onlara gəlmiş, bu zaman aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o Ceyhunu döyməmişdir. X9 barışmış, törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və Ceyhun Əliyevlə barışdığını nəzərə alaraq, iznibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 izah etdi ki, Mütəllim İbrahimovdan həmişə nisyə balıq alırmış, xx xxxxxx 2020-ci il tarixdə Mütəllim İbrahimovun yaşadığı ünvana getmiş bu zaman aralarında mübahisə baş vermişdir. Bundan sonra o, DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə müraciət etmişdir. X2 barışmış ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarı, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X6 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 39.1-ci maddəsinin qeydində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs zərər çəkmiş şəxs X7 ilə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar