Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-1014/2025 01.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Mən, Yevlax Rayon Məhkəməsinin hakimi Babayeva Aybəniz Elman qızı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi barəsində Azərbaycan Respublikasının İXM-nin 3 4 7 - c i maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 12 iyun 2025-ci il tarixdə Yevlax rayon X1 yol patrul xidməti tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddələri ilə tərtib olunmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmənin icraatına Yevlax rayon X1 yol patrul xidməti tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş İXP seriyalı ******* nömrəli, 12 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuş və 3(039)-1014/2025 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respblikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati icraat aparılan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi eyni vaxtda törətdiyi bir neçə inzibati xəta ilə bağlı iki ayrı-ayrı inzibati materiallar 12 iyun 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(039)-1011/2025 və 3(039)-1014/2025 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və iş 3(039)-1011/2025 nömrə ilə davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİ: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi barəsində məhkəmənin icraatında olan 3(039)-1011/2025 və 3(039)-1014/2025 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və iş 3(039)- 1011/2025 ilə davam etdirilsin. İşə Yevlax Rayon Məhkəməsinin binasında xx.xx.2025-ci il tarixdə 16:10-da baxılsın. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №3(039)-1014/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-1014/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver